- Qərb
- 12 İyun 21:03
- 1 368
Aİ Şurası Rusiya və Belarusdan gələn mallara rüsumların artırılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası iyunun 12-də qurumun rəsmi bəyanatında deyildiyi kimi, Rusiya və Belarusdan gətirilən kənd təsərrüfatı məhsulları və gübrələrə rüsumların artırılmasını təsdiqləyib.
Sənədə əsasən, iki ölkədən gübrə idxalına yeni Avropa rüsumları iyulun 1-dən qüvvəyə minəcək və “Avropalı fermerlərə zərər verməmək” üçün ciddi şəkildə nəzarət ediləcək.
"Şura Rusiya və Belarusdan artıq əlavə gömrük rüsumları tətbiq edilməyən qalan kənd təsərrüfatı məhsulları və bəzi gübrələr üçün yeni rüsumların tətbiqi haqqında reqlament qəbul edib. Məqsəd Aİ-nin bu idxaldan asılılığını azaltmaq, həmçinin Rusiya ixracından əldə olunan gəlirləri azaltmaqdır", - mətbuat xidməti bildirir.
Mövsüm
Aznews.az