- Hadisə
- 09:40
- 939
Şamaxıda zəlzələ baş verib
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:56-da baş verib.
Zəlzələnin maqnitudası 3,7 olub, ocağı 9 kilometr dərinlikdə yerləşib. Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.
Aznews.az