- Qərb
- 14:11
- 937
Hollandiya Ukraynaya 175 milyon avroluq yeni hərbi yardım paketini açıqlayıb

Hollandiya hakimiyyəti Ukraynaya 175 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırıb.
Bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans məlumat verib.
"Mən həmçinin radar sistemləri, pilotsuz uçuş aparatları və dronlar da daxil olmaqla, 175 milyon avroluq yeni yardım paketini elan edirəm" deyə Brekelmans X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Bundan əlavə, o əlavə edib ki, Hollandiya Ukrayna tərəfi ilə 600 min pilotsuz uçan aparat istehsalı üçün müqavilə imzalayıb.