• Qərb
  • 31 İyul 16:06
  •  1 343

ABŞ Senatı Konqresin Rusiyaya qarşı sanksiyaları qəbul etməyə hazır olduğunu açıqlayıb

ABŞ Senatındakı Respublikaçılar Partiyasının lideri Con Tun bildirib ki, ABŞ prezidenti Donald Tramp ona “yaşıl işıq” yandırarsa, ABŞ parlamentinin hər iki palatası Rusiyaya qarşı sanksiyaların qəbulu ilə bağlı qanun layihəsini qəbul etməyə hazırdır.

Bu barədə "New York Post" qəzeti məlumat yayıb .

"Tun gələn həftənin sonuna qədər Ukrayna ilə atəşkəs əldə olunmasa, Rusiya sanksiyaları haqqında qanun layihəsini irəli sürməyə hazırdır . O, həmçinin Trampın ona yaşıl işıq yandırmasına ehtiyac duyur", - nəşr yazır.

Senatın Respublikaçı lideri həmçinin ümid etdiyini bildirib ki, ABŞ prezidenti sanksiyaları təsdiqləməyə hazır olacaq və bu, onun danışıqlarda nüfuzunu və əhəmiyyətini artıracaq.

Mövsüm,

AzNews.az