- Qərb
- 6 Avqust 16:43
- 1 997
Polşanın yeni prezidenti Navroçki and içib

Polşada yeni dövr başlayıb.
Prezident seçilən Karol Navroçi parlamentdə keçirilən mərasimdə and içib.
Karol Navroçki and içdikdən sonra çıxışına “Polşa Respublikası bütün vətəndaşlar üçün ümumi dəyərdir, Polşa Respublikasında ali hakimiyyət xalqa məxsusdur, ona görə də Polşa xalqını salamlayıram ” deyərək başlayıb.
Prezidentliyə gedərkən qarşılaşdığı yalanlara, alçaldılmalara, seçki təbliğatına və siyasi teatra baxmayaraq, azad insanların azad iradəsinin onu bu gün xalqın qarşısına çıxardığını bildirən Navroçki, "Bir xristian olaraq seçki dövründə baş verən təhqirləri və hadisələri ürək rahatlığı ilə və bütün qəlbimlə bağışlayıram",- deyə qeyd edib.
Prezidentin təkcə vətəndaşların deyil, həm də Polşa millətinin səsi olacağını ifadə edən Navroçki, "Böyük bir vəzifə və məsuliyyətin şüuru ilə qarşınızdayam. Eyni zamanda, Polşanın ictimai və siyasi həyatındakı bölünmələrin də fərqindəyəm".
“Bəyan etmək istəyirəm ki, mən qərarlarımı bu bölgülərə görə deyil, onlara rəğmən verəcəyəm və həmişə siyasi hisslərə deyil, Polşa millətinə xidmət edən qərarlar verəcəyəm".
Mövsüm,
AzNews.az