Merz və Zelenski arasında telefon danışığı olub

Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün diplomatik təmaslar dayanmadan davam edir.

Almaniya hökumətinin sözçüsü Stefan Korneliusun verdiyi yazılı açıqlamaya görə, kansler Merz Ukrayna prezidenti Zelenski ilə telefon danışığı zamanı ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinlə təmaslarından sonra baş verən son hadisələrlə bağlı məlumat mübadiləsi aparıb.

Almaniya hökumətinin sözçüsü Kornelius Merz və Zelenski ABŞ prezidenti Donald Trampın vasitəçilik səylərini təqdir etdiklərini bildiriblər və Rusiyanın beynəlxalq hüququ pozan müharibəyə son qoyması barədə razılığa gəliblər.

Stefan Kornelius qeyd edib ki, iki lider avropalı tərəfdaşlar və ABŞ ilə sıx dialoqu davam etdirməyə razılaşıblar, Merz isə Zelenskiyə dəstəyin davam edəcəyinə əmin olub.

Mövsüm,

AzNews.az