- Qərb
- 17:35
- 1 267
İtaliya sahillərində miqrant gəmisinin batması nəticəsində 26 nəfər ölüb

İtaliyanın Lampeduza adasında miqrant qayığının batması nəticəsində azı 26 nəfər ölüb, 60 nəfər sağ-salamat sahilə çıxarılıb.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
KİV-in məlumatına görə, miqrantlar Liviyadan Avropaya gedirmiş. Aşan qayıq Aralıq dənizində İtaliyanın hüquq-mühafizə orqanları tərəfindən aşkar edilib.
"Xilas edilən miqrantların hesablamalarına görə, onlar səhər tezdən iki qayıqla Tripoli ərazisindən yola düşüblər. Qayıqlardan biri su almağa başlayıb və onlar digərinə keçiblər, daha sonra isə fırtına səbəbindən qayıq aşıb", - məlumatda deyilir.
Mövsüm,
AzNews.az