Tramp Kanada ilə ticarət danışıqlarının bitdiyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının bitdiyini elan edərək, ölkəni rüsumlara qarşı saxta reklam yaymaqda ittiham edib.

“Kanada aldadıcı şəkildə [ABŞ-ın keçmiş prezidenti] Ronald Reyqanın tariflər haqqında mənfi danışdığı yalançı reklamdan istifadə etdi”, o, Truth Social-da yazıb.

Tramp Vaşinqtonun milli təhlükəsizliyi və iqtisadiyyatı üçün tariflərin əhəmiyyətinə işarə edərək, Kanadanın hərəkətini hədsiz adlandırıb.

Mövsüm,

AzNews.az