- Qərb
- 6 Noyabr 13:14
- 1 160
Çexiyada baş nazir Fiala hökuməti istefa verib
Çexiyanın baş naziri Petr Fiala hökuməti kollektiv istefa verib.
Bu barədə baş nazirin özü məlumat verib.
"Hökumət öz iclasında istefa vermək qərarına gəlib. Bu gün mən [istefa məktubunu] saat 16:00-da Respublika Prezidentinə təhvil edəcəyəm", - ČTK xəbər agentliyi Fialanın çıxışının videosunu dərc edib .
Konstitusiyaya görə, ölkə prezidenti Petr Pavel onun istefasını qəbul etdikdən sonra nazirlərdən yeni hökumət təyin olunana qədər müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirmək tələb olunacaq.
Mövsüm,
AzNews.az