Estoniya Rusiya ilə sərhəddə yeni radar kompleksini istifadəyə verib

Estoniya Rusiya ilə sərhəddə yeni radar kompleksini istifadəyə verib.

Bu barədə ERR teleradio şirkəti məlumat yayıb .

“ İda-Virumaa qraflığında 30 milyon avro dəyərində yeni hava müşahidə radar kompleksi istifadəyə verilib”, - məlumatda deyilir.

Estoniya Hərbi Hava Qüvvələrinin komandanı Riivo Valqenin sözlərinə görə, stansiya 550 km-ə qədər məsafədə olan obyektləri aşkar etməyə qadirdir. O vurğulayıb ki, kompleksin yeri Peipus gölünün sularına nəzarəti təmin etmək üçün xüsusi olaraq seçilib.

Mövsüm,

AzNews.az