Aİ 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina edəcək

Aİ 2027-ci ilə qədər Rusiya qazının idxalını mərhələli şəkildə dayandıracağını açıqlayıb.

Avropa Şurası Avropa Parlamenti ilə Rusiyadan qaz idxalını mərhələli şəkildə dayandırmaq barədə razılığa gəlib.

Plana görə, Rusiya LNG-si 2026-cı ilin sonuna, boru kəməri qazı isə 2027-ci ilin payızına qədər tamamilə qadağan ediləcək.

Rusiyanın Aİ qazında payı oktyabr ayına kimi 12 faizə düşüb. Macarıstan, Fransa və Belçika hələ də Rusiya qazını alan ölkələr sırasındadır.

Mövsüm,

AzNews.az