• Qərb
  • 19 Dekabr 23:59
  •  912

ABŞ dövlət katibi: Ukrayna üzrə nizamlanma məsələsində irəliləyiş var

ABŞ Ukraynada nizamlanma məsələsində müəyyən irəliləyişin əldə olunduğunu hesab edir.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentində jurnalistlərlə söhbəti zamanı bildirib.

“Burada məqsəd hamını razılaşma imzalamağa məcbur etmək deyil. Söhbət tərəflərin nə əldə etmək istədiyini və nələrdən imtina etməyə hazır olduğunu anlamaqdan, həmçinin bu mövqelərin necə uzlaşdırıla biləcəyindən gedir. Təbii ki, bu, çox vaxt və ciddi əmək tələb edir. Bunu media və mətbuat konfransları vasitəsilə etmək mümkün deyil. Mən hesab edirəm ki, irəliləyiş var, lakin hələ görüləsi işlər çoxdur. Aydındır ki, sonda ən çətin məsələlər qalır”, – Rubio vurğulayıb.