- Qərb
- 13:40
- 1 607
Kaliforniyada daşqınlar nəticəsində bir nəfər ölüb
Kaliforniyada ardıcıl leysan yağışlar nəticəsində yaranan güclü daşqınlar baş verib.
ABC News bu barədə məlumat yayıb.
Bəyanatda deyilir: "Mer [Mayk Littau] bazar günü Kaliforniyanın Reddinq şəhərində güclü yağışlar və daşqınlar səbəbindən bir nəfərin öldüyünü açıqladı".
Nəşrin məlumatına görə, polis məmuru su basmış avtomobildə ilişib qalmış kişini xilas etməyə çalışıb. O, üzərək avtomobilə çatıb, pəncərəni sındırıb və qurbanı sahilə çıxarıb və ürək-ağciyər reanimasiyası əməliyyatı aparıb, lakin onu xilas edə bilməyib.
Mövsüm,
AzNews.az