Çexiyanın yeni müdafiə naziri Ukraynaya səfər etmək dəvətini rədd edib

Çexiyanın müdafiə naziri Yaromir Zuna Ukraynaya səfər dəvətini rədd edib.

Bu barədə SPD (Azadlıq və Birbaşa Demokratiya) partiyasının sədri və parlamentin aşağı palatasının spikeri Tomio Okamura məlumat verib.

Denikn portalı Okamuradan sitat gətirib : "Müdafiə naziri Yaromir Zuna Ukraynaya getmək dəvətini qəbul etməyib" .

Siyasətçinin sözlərinə görə, Çexiya Müdafiə Nazirliyi hökumətin agentliyin Ukrayna Silahlı Qüvvələrinə (USQ) silah tədarükü proqramındakı roluna son qoymaq qərarı üçün sənədlər hazırlayır.

Mövsüm,

AzNews.az