Tramp "The New York Times" qəzetini Amerika xalqının düşməni adlandırıb

ABŞ prezidenti Donald Tramp "The New York Times" (NYT) qəzetinin ABŞ üçün təhlükə yaratdığını bildirib.

Tramp “TruthSocial” -da yazıb: "NYT xalqın əsl düşmənidir".

O, həmçinin vurğulayıb ki, "The New York Times" qəsdən məlumatları təhrif edir və "milli təhlükəsizliyə ciddi təhdid yaradır".

Mövsüm,

AzNews.az