Volodimir Zelenski və Donald Tramp görüşəcək

ABŞ, Ukrayna və Rusiya hökumətləri sülh planını həyata keçirmək üçün intensiv işləyərkən, Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamalar verib.

Zelenski sosial media hesabında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün üzərində işlədikləri sülh planı haqqında məlumat paylaşıb.

Zelenski bildirib ki , Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bu məsələ ilə bağlı ABŞ tərəfi ilə müzakirələri davam etdirir və əlavə edib ki, "Umerov bizi Amerika tərəfi ilə son görüşləri barədə məlumatlandırıb. Biz bir gün də itirmirik".

Ukrayna lideri açıqlamasına davam edərək deyib: "Yaxın gələcəkdə Prezident Trampla yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəldik. Yeni ildən əvvəl bir çox şeyə qərar verilə bilər."

Mövsüm,

AzNews.az