AfD Münhen Təhlükəsizlik Konfransına dəvət olunub.

Avropa siyasi dairələri tərəfindən uzun müddət kənarlaşdırılan, lakin son dövrlərdə yüksəlişdə olan ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına münasibətdə siyasətdə dəyişiklikdən xəbər verən mühüm inkişaflar baş verib.

Münhen Təhlükəsizlik Konfransına dəvət

Alman Xəbər Agentliyinin (DPA) məlumatına görə, 2026-cı ilin fevralında keçiriləcək 62-ci Münhen Təhlükəsizlik Konfransının sözçülərindən biri Almaniya Federal Məclisində təmsil olunan bütün partiyaların konfransa dəvət olunduğunu bildirib.

Zidd mövqelərin də ifadə olunması məqsədi

Münhen Təhlükəsizlik Konfransı Fondunun sədri Volfqanq İşinger mövzu ilə bağlı Frankfurter Allgemeine qəzetinə açıqlama verib.

İşinger Münhen Təhlükəsizlik Konfransının dialoq platforması olduğunu vurğulayaraq, ənənəvi olaraq mümkün qədər geniş spektrin, hətta zidd baxışların belə açıq şəkildə ifadə edilməsinin hədəfləndiyini deyib.

Fondun sədri AfD siyasətçilərinin dəvət olunması ilə “siyasi səddin (yanğın divarının) dağıdılması” ittihamlarını isə qətiyyətlə rədd edib.

Mövsüm,

AzNews.az