Yeni il gecəsi Berlində təxminən 400 nəfər saxlanılıb

Berlində Yeni il şənlikləri zamanı təxminən 400 nəfər saxlanılıb .

"Der Tagesspiegel" qəzeti bu barədə məlumat yayıb.

Nəşr bildirir ki, "Yeni il gecəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına çoxsaylı hücumlar baş verib. Berlində təxminən 400 nəfər müvəqqəti olaraq saxlanılıb. Ən azı 24 polis əməkdaşı yaralanıb".

Bayram tədbirləri zamanı şəhər küçələrində 3200 hüquq-mühafizə orqanı əməkdaşı yerləşdirilib.

Mövsüm,

AzNews.az