- Qərb
- 4 Yanvar 02:38
- 6 403
Son dəqiqə! Maduronu Nyu-Yorka ayaqları zəncirlənmiş halda gətirdilər
ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya qarşı keçirdiyi genişmiqyaslı əməliyyatdan sonra dünya ictimaiyyətinin diqqətini toplayan görüntülər yayılıb. ABŞ rəsmilərinin nəzarəti altında saxlanılan Maduro və həyat yoldaşı Cilia Flores Nyu-Yorkdakı federal hərbi bazaya gətirilib.
Servis edilən fotolarda Maduronun ayaqlarının zəncirli, üzünün isə örtülü olduğu açıq şəkildə görünür. Cütlüyü daşıyan təyyarə Stuart Hava Milli Qvardiya Bazasına enib.
CNN-in federal mənbələrə istinadən yaydığı məlumata görə, Nikolas Maduro və Cilia Flores gələn həftə Manhattan federal məhkəməsində hakim qarşısına çıxarılacaq. Onların məhkəməyə qədər Bruklin bölgəsində yerləşən Metropolitan Federal Təcridxanasında saxlanılması gözlənilir.
Qeyd edək ki, bu həbsxanada daha əvvəl Joaquin “El Chapo” Quzman, Ghislaine Maxwell, Sean Combs kimi dünya miqyasında tanınmış məhbuslar saxlanılıb.
Bu arada ABŞ Prezidenti Donald Tramp əməliyyatdan sonra verdiyi açıqlamada Venesuelada hakimiyyətin artıq ABŞ nəzarətinə keçəcəyini bəyan edib. Bu açıqlamaya Karakasdan sərt reaksiya gəlib:
“Venesuela koloniya ola bilməz. Ölkənin yeganə prezidenti Nikolas Maduradır.”
Lakin bu bəyanat nə ABŞ-da, nə də dünyada ciddi qarşılanır.
Mövsüm Novruzoğlu