• Qərb
  • 4 Yanvar 09:27
  •  3 375

Pentaqon Venesuelada genişmiqyaslı əməliyyatın keçiriləcəyini istisna etmir

ABŞ-nin müdafiə naziri Pit Heqset Venesuelada genişmiqyaslı əməliyyatın keçiriləcəyini istisna etməyib.

Aznews.az xəbər verir ki, o, bu barədə "CBS" telekanalına müsahibəsində bildirib.

ABŞ-nin Venesuelanı necə idarə etməyi planlaşdırdığı ilə bağlı suala Heqset deyib: "Vaşinqton qaydaları təyin edəcək. Nəticədə, biz bundan sonra nə baş verəcəyini idarə edəcəyik".

Bu, ABŞ-nin Venesuelada genişmiqyaslı əməliyyata başlaya biləcəyi anlamına gəlirmi sualına Pentaqon rəhbəri "ordunun hazır olduğunu" bildirib.