- Qərb
- 9 Yanvar 16:19
- 1 846
Meloni: Avropa İttifaqı üçün Rusiya ilə dialoqa başlamağın vaxtı çatıb
Avropa İttifaqı (Aİ) ölkələri üçün Rusiya ilə dialoqu bərpa etməyin vaxtı yetişib.
İtaliyanın Baş naziri Corcia Meloni bu barədə bildirib.
Meloni deyib:
“[İtaliyanın vitse-premyeri Matteo] Salvini, eləcə də [Fransa Prezidenti Emmanuel] Makron İtaliya–Rusiya münasibətləri ilə bağlı fikirlər səsləndiriblər. Bu məsələdə məncə, Makron haqlıdır: hesab edirəm ki, Aİ üçün də Rusiya ilə danışıqlara başlamağın vaxtı çatıb.”
Bununla belə, Meloni Rusiyanın G8-ə qayıdışı məsələsində dialoqun bərpası üçün hələ tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, əməkdaşlığın yenidən qurulması üçün ilk növbədə Ukraynada sülhün əldə olunması zəruridir.
Mövsüm,
AzNews.az