ABŞ Rusiya və daha 74 ölkənin vətəndaşlarına viza verilməsini dayandırır

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır.

Aznews.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, bu ölkələr sırasında Somali, İran, Əfqanıstan, Braziliya, Nigeriya və Tailand kimi ölkələrlə yanaşı, Rusiya da var.

Xəbərə görə, bu qərar “müraciət edənlərin daha ciddi yoxlanması” çərçivəsində qəbul olunub və 21 yanvardan qüvvəyə minəcək.

Dövlət Departamentinin memorandumuna əsasən, konsulluq əməkdaşları mövcud qanunvericiliyə uyğun olaraq vizaları rədd etməli, eyni zamanda, müraciət edənlərin yoxlanması və qiymətləndirilməsi prosedurlarını yenidən nəzərdən keçirməlidir.

Qərarın tətbiqi müəyyən edilən vaxtdan sonra davam edəcək və vizaların emalı Dövlət Departamenti tərəfindən yenidən qiymətləndirilənədək dayandırılacaq.

Aznews.az