- Qərb
- 16:04
- 2 007
Zelenski Ukraynanın hərbi itkilərini açıqladı
Ukrayna ilə Rusiya arasındakı müharibə dördüncü ilinə qədəm qoyub.
Müharibənin tərəflərindən biri olan Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttində həyatını itirən əsgərlərin sayı ilə bağlı qiymətləndirmələr aparıb.
“France 2” televiziyasına danışan Zelenski döyüş meydanında həlak olan peşəkar və çağırışçı əsgərlərin sayının 55 min olduğunu bildirib.
ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Əbu-Dabidə sülh danışıqları davam etsə də, Kremldən müharibənin davam edəcəyinə dair sərt açıqlamalar gəlməyə davam edir. Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiya qoşunları Kiyev "düzgün qərarlar" verənə qədər döyüşməyə davam edəcək.
Mövsüm,
AzNews.az