- Qərb
- 17:35
- 994
Starmer Epşteynin qurbanlarından üzr istədi
ABŞ Ədliyyə Nazirliyi tərəfindən 30 yanvarda şəffaflıq qanunu çərçivəsində dərc edilən yeni sənədlərin, gənc qızları hədəf alan cinsi istismar şəbəkəsi idarə etməkdə ittiham olunan və həbsxanada ölən amerikalı milyarder Ceffri Epşteynlə bağlı təsirləri davam edir.
Britaniya siyasətində əsas fiqur olan Lord Peter Mandelson, bu yaxınlarda açıqlanan Epşteyn sənədlərində onun hökumətin məxfi məlumatlarını sızdıra biləcəyi ortaya çıxdıqdan sonra təqaüdə çıxdığını elan etdi.
Adı Epşteyn sənədlərində yer alan Mandelson, Britaniya Baş naziri Keir Starmer üçün çətin anlar yaşatdı.
Bu gün verdiyi açıqlamada Starmer Mandelsonu vəzifəyə təyin etməzdən əvvəl onun "yalanlarına" inandığına görə üzr istəyib.
2024-cü ilin dekabr ayında Mandelsonu Böyük Britaniyanın Vaşinqtondakı səfiri təyin etmək qərarı ilə bağlı, o cümlədən Leyborist millət vəkilləri tərəfindən ciddi təzyiq altında olan Starmer dedi: "Bir müddət Mandelsonun Epşteyni tanıdığı ictimaiyyətə məlum idi, amma heç birimiz bu münasibətin dərinliyini və qaranlıqlığını bilmirdik . "
Starmer izahatını belə davam etdirdi:
"Epşteynin qurbanlarından üzr istəyirəm. Sizə edilənlərə görə üzr istəyirəm, hakimiyyətdəki bu qədər insanın sizi məyus etdiyinə görə üzr istəyirəm. Mandelsonun yalanlarına inanıb onu təyin etdiyimə görə üzr istəyirəm."
Mövsüm,
AzNews.az