- Qərb
- 14:38
- 1 839
Kanada hökuməti İrandakı vətəndaşlarını "dərhal tərk etməyə" çağırıb
Yaxın Şərqdə qeyri-müəyyənlik artır...
Kanada Yaxın Şərqdəki son hadisələrdən sonra İrandakı vətəndaşlarına səyahət xəbərdarlığı edib.
Bölgədəki yüksək gərginliyi əsas gətirən Kanada, İrandakı vətəndaşlarını "ölkəni dərhal tərk etməyə" çağırıb.
Kanada hökumətinin "İrandakı Kanadalılara" başlığı altında yayımladığı bəyanatda deyilir: "Davam edən gərginlik səbəbindən bölgədəki münaqişələr xəbərdarlıq edilmədən davam edə bilər".
"İranı dərhal tərk edin . Səyahət sənədlərinizin yeniləndiyinə əmin olun və lazım gələrsə, olduğunuz yerdə qalmaq üçün kifayət qədər ləvazimat götürün".
Həftənin əvvəlində Avstraliya İsrail və Livanda xidmət edən diplomatlarının ailə üzvlərinə ölkəni tərk etməyi tapşırmışdı və hər iki ölkədəki vətəndaşlarına mümkün qədər tez bir zamanda ölkəni tərk etməyi tövsiyə etmişdi.
Polşa, İsveç, Hindistan və digər ölkələr də bölgədə potensial münaqişə ehtimalı ilə vətəndaşlarını İranı tərk etməyə çağırmışdılar.
Mövsüm,
AzNews.az