- Qərb
- 11:53
- 1 137
İspaniya XİN rəhbəri: Trampın təhdidi dünyanı fəlakətə yaxınlaşdırdı
ABŞ prezidenti Donald Trampın İranı məhv etməklə bağlı ultimatumu dünyanı təhlükəli həddə qədər yaxınlaşdırıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bu barədə bildirib.
Albares RNE radiosuna açıqlamasında qeyd edib ki, Trampın səsləndirdiyi bu cür təhdidlər “bəşəriyyət üçün tamamilə qəbuledilməzdir” və hazırda münaqişənin həqiqətən bitib-bitmədiyini demək üçün hələ tezdir.
Nazir əlavə edib ki, belə açıqlamalar xüsusilə hərbi supergücün lideri tərəfindən səsləndirildikdə ciddi qəbul olunmalıdır.
Mövsüm
AzNews.az