- Qərb
- 12:15
- 800
Almaniya ABŞ-İran atəşkəsini dəstəkləyir
Almaniya kansleri Fridrix Merts bildirib ki, Almaniya hökuməti ABŞ ilə İran arasında əldə olunan 2 həftəlik atəşkəsi məmnuniyyətlə qarşılayır.
Merts yazılı açıqlamasında qeyd edib ki, bu mühüm razılaşmanın əldə olunmasında göstərdiyi vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirlər.
O vurğulayıb: “İndi əsas məqsəd qarşıdakı günlərdə müharibənin qalıcı şəkildə başa çatmasını müzakirə etməkdir və bu, yalnız diplomatik yollarla mümkündür.”
Kansler əlavə edib ki, danışıqlar İranda mülki əhalinin qorunmasına və regionda təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. Onun sözlərinə görə, bu proses eyni zamanda ciddi qlobal enerji böhranının qarşısını ala bilər.
Merts Almaniyanın diplomatik təşəbbüsləri dəstəklədiyini qeyd edərək bildirib ki, bu istiqamətdə ABŞ və digər tərəfdaşlarla sıx dialoq davam etdiriləcək.
Mövsüm,
AzNews.az