Macarıstanın MOL şirkəti Drujbada təmir işlərinin başa çatdığını elan etdi

Macarıstanın MOL neft və qaz şirkəti Drujba neft kəmərinin Ukrayna ərazisindən keçən hissəsində təmir işlərinin başa çatdığını elan edib .

"Drujba neft kəmərinin Ukrayna hissəsində təmir işləri başa çatıb. "Ukrtransnafta" ASC Macarıstan və Slovakiyaya xam neft tranzitini bərpa etməyə hazırdır", - şirkətin saytında bildirilib .

Aydınlaşdırılıb ki, MOL "Ukrtransnafta"dan təmir işlərinin başa çatması və 27 yanvar - 21 aprel tarixləri arasında qüvvədə olan fors-major vəziyyətinin ləğvi barədə rəsmi bildiriş alıb.

Mövsüm,

AzNews.az