ABŞ İranı bombaladı: “Apache”nin qisası Tehrandan alındı

ABŞ ilə İran arasında gərginlik yeni mərhələyə keçib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – United States Central Command Hörmüz boğazında Amerika Ordusuna məxsus “Apache” helikopterinin vurulmasına cavab olaraq İrana qarşı hərbi əməliyyatların başa çatdırıldığını açıqlayıb.

Komandanlığın yaydığı məlumata görə, zərbələr ABŞ Prezidenti Donald Trumpın göstərişi ilə “özünümüdafiə məqsədilə” həyata keçirilib. Bildirilib ki, əməliyyat zamanı İranın Hörmüz boğazı ətrafındakı radar sistemləri, hava hücumundan müdafiə vasitələri və yerüstü idarəetmə məntəqələri hədəfə alınıb. Hücumların ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri və dəqiq idarə olunan sursatları ilə həyata keçirildiyi qeyd olunub.

Bundan əvvəl İranın cənubundakı Bandar Abbas, Qeshm Island və Sirik ətrafında ardıcıl partlayış səslərinin eşidildiyi bildirilmişdi. Xarici media Vaşinqton administrasiyasının İranın ABŞ-yə məxsus “AH-64 Apache” helikopterini vurmasından sonra cavab əməliyyatına başladığını yazmışdı.

Ağ Ev rəhbəri Donald Tramp daha əvvəl sosial şəbəkə hesabında ABŞ-nin Hörmüz boğazında patrul xidməti aparan yüksək texnologiyalı “Apache” helikopterinin vurulduğunu açıqlamışdı. O bildirmişdi ki, göyərtədə olan iki pilot xilas olub və xəsarət almayıb. Bununla yanaşı, Tramp “ABŞ bu hücuma cavab verməlidir” mesajını vermişdi.

Qısa müddət sonra isə CENTCOM İrana qarşı hərbi əməliyyatların başladığını rəsmən təsdiqləmişdi. Komandanlıq ABŞ-nin addımlarını “Tehranın hərəkətlərinə mütənasib cavab” kimi qiymətləndirib.

Bundan əvvəl The New York Times mənbələrə istinadən ABŞ-yə məxsus “AH-64 Apache” helikopterinin Hörmüz boğazı yaxınlığında qəzaya uğradığını bildirmişdi.