Finlandiya parlamenti nüvə silahı ilə bağlı qadağanı yumşaldıb

Finlandiya parlamenti ölkə ərazisinə nüvə silahının gətirilməsi, istehsalı, saxlanılması və istifadəsinə qoyulan qadağaların yumşaldılmasını nəzərdə tutan qanun dəyişikliklərini təsdiqləyib.

İyunun 17-də keçirilən səsvermədə dəyişikliklərin lehinə 125 deputat səs verib, 61 deputat isə əleyhinə çıxıb.

Parlamentin rəsmi yayımında təqdim olunan məlumata görə, qəbul edilən düzəlişlər xüsusilə müdafiə və təhlükəsizliklə bağlı fövqəladə hallarda nüvə silahının ölkə ərazisinə gətirilməsinə hüquqi imkan yaradır.

Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bildirib ki, dəyişikliklər yalnız müdafiə ilə əlaqədar xüsusi vəziyyətlər üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, adi şəraitdə nüvə silahının Finlandiyaya gətirilməsi və saxlanılması ilə bağlı mövcud məhdudiyyətlər qüvvədə qalacaq.

Qərar Finlandiyanın NATO-ya üzvlüyündən sonra ölkənin təhlükəsizlik siyasətində atdığı növbəti mühüm addımlardan biri kimi qiymətləndirilir.

Mövsüm,

AzNews.az