Ötən həftə Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz səfəri ilə yadda qaldı. Kanslerin ilk səfəri 23 avqustda Gürcüstana oldu. Orada ölkənin xarici işlər naziri David Zalkaliani və Gürcüstanın Almaniyadakı səfiri Elquca Xokrişvili tərəfindən qarşılanmış kanslerin səfəri iki gün çəkdi. Tbilisi Dövlət Universitetində tələbələrlə görüş zamanı tələbələr tərəfindən Gürcüstan ərazisinin işağalı ilə bağlı suala cavab verərkən Merkelin “işğal” sözünü işlətməməsi və bunu sadəcə Rusiyanın “ədalətsizliyi” kimi ifadə etməsi tələbələrdə “qıcıq” doğurdu və etirazlardan sonra Kansler səhvini düzəltdi Ötən həftə Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz səfəri ilə yadda qaldı. Kanslerin ilk səfəri 23 avqustda Gürcüstana oldu. Orada ölkənin xarici işlər naziri David Zalkaliani və Gürcüstanın Almaniyadakı səfiri Elquca Xokrişvili tərəfindən qarşılanmış kanslerin səfəri iki gün çəkdi. Tbilisi Dövlət Universitetində tələbələrlə görüş zamanı tələbələr tərəfindən Gürcüstan ərazisinin işağalı ilə bağlı suala cavab verərkən Merkelin “işğal” sözünü işlətməməsi və bunu sadəcə Rusiyanın “ədalətsizliyi” kimi ifadə etməsi tələbələrdə “qıcıq” doğurdu və etirazlardan sonra Kansler səhvini düzəltdi

Merkelin partiyadaşı Albert Vayler Azərbaycana niyə buraxılmadı?

Ötən həftə Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz səfəri ilə yadda qaldı. Kanslerin ilk səfəri 23 avqustda Gürcüstana oldu. Orada ölkənin xarici işlər naziri David Zalkaliani və Gürcüstanın Almaniyadakı səfiri Elquca Xokrişvili tərəfindən qarşılanmış kanslerin səfəri iki gün çəkdi. Tbilisi Dövlət Universitetində tələbələrlə görüş zamanı tələbələr tərəfindən Gürcüstan ərazisinin işağalı ilə bağlı suala cavab verərkən Merkelin “işğal” sözünü işlətməməsi və bunu sadəcə Rusiyanın “ədalətsizliyi” kimi ifadə etməsi tələbələrdə “qıcıq” doğurdu və etirazlardan sonra Kansler səhvini düzəltdi

Növbəti səfər 25 avqustda Ermənistana idi. Merkel Hava Limanında baş nazir Nikol Paşinyan tərəfindən qarşılandı və Ermənistan prezidenti Armen Sarkisyanla da görüşdü. Lakin burada da “soyqırımı” ifadəsini işlətmədi.

Son və maraqla gözlənilən Azərbaycan səfəri bir sıra nüanslarla yadda qaldı. Səfər Kanslerin Hava Limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər tərəfindən qarşılanması ilə başladı. Görünür, bu səfər Merkel üçün digər iki ölkəyə etdiyi səfərdən daha önəmli idi. Bununla belə, Merkelin Azərbaycana gəliş ərəfəsində nümayəndə heyətinin tərkibi ilə bağlı bir problem yaşandı. Merkelin Azərbaycana partiyasının üzvü Albert Helmut Veyler ilə gəlmək niyyətinə Bakıdan sərt təpki göstərildi.

Kimdir Albert Vayler?

Albert Helmut Vayler 15 oktyabr, 1965-ci ildə Mayendə doğulub.

Xristian Demokratik Birliyinin Alman siyasətçisidir. 2013-cü ildən isə Alman Bundestaqının üzvüdür. Vayler bu ildən etibarən Cənubi Qafqaz Dövlətləri ilə Əlaqələr üzrə Parlament Dostluq Qrupunun sədr müavini kimi fəaliyyət göstərir.

2013 federal seçkilərində Vayler Gera-Jena-Saale-Holzland-Kreis seçki dairəsində Xristian Demokratların namizədi olaraq mandat qazanıb. Əmək və Sosial Məsələlər üzrə Komitənin üzvüdür, işsizlik sığortası və ictimai məşğulluq agentlikləri üzrə parlament qrupunun məruzəçisi kimi fəaliyyət göstərir. Bundan əlavə, İqtisadi İşlər və Enerji Komitəsinin əvəzedici üzvü, İnsan Hüquqları və İnsan İşləri Komitəsinin əvəzedici üzvü və Davamlılıq üzrə Parlament Məsləhət Şurasının əvəzedici üzvü vəzifəsində çalışır.

Azərbaycanın isə Vaylerə qarşı giriş qadağası qoymasının səbəbi onun ermənipərəst olması və Dağlıq Qarabağa rəsmi Bakının izni olmadan dəfələrlə səfər etməsidir.

Vayler özü deyirdi: “Mən tez-tez Ermənistana səfər edirəm. Erməni soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməyim mənim üçün çox önəmli idi. Anma Günündə, Bundestaq adından çıxış etməyim mənim üçün çox təsir edici idi. Ermənistanın içində və xaricində yaşayan və öz keçmişini unutmayan ermənilərə hörmət edirəm”.

Albert Vayler 2016-cı ildə Almaniya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsi və erməni-alman əlaqələrinə təsiri haqqında danışarkən, “Bundestaq bizim ortaq tariximizi tanımaq və Osmanlı Türkiyəsinin həm erməni, həm də digər xristian azlıqlarına qarşı törətdikləri dəhşətli cinayətləri qınamaq üçün "soyqırım" qətnaməsini qəbul etmişdir. Bununla biz “soyqırımın” unudulmadığını bir daha vurğuladıq” deyib.

İşin ilginc yanı, Vayler Almaniya-Ermənistan Forumunda yüksək vəzifə- sədr müavini postunu tutur. O, Dağlıq Qarabağa səfərləri zamanı bu görəvi barədə ağızdolusu danışıb.

Elə bu səbəbdən də Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Merkelin səfər öncəsi Vaylerlə bağlı məsələ bardə xüsusi açıqlama verdi və Azərbaycanın “qara siyahı”ya saldığı şəxslə bağlı qərarının qəti olduğunu nəzərə çatdırdı.

Alman hökumətinin sözçüsü Steffen Seibert isə həmin hadisə ilə bağlı ötən çərşənbə axşamı bildirmişdi ki, Merkel Bakıda səfərdə olarkən Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdə bu məsələyə toxunacaq və Vaylerin ölkəyə daxil olmasına qadağa qoyulması barədə rəsmi Berlinin təəssüfünü ifadə edəcək.

"Alman hökumətinin fikrincə, Azərbaycan hökumətinin mövqeyi təəssüf doğurur Kansler Prezident İlham Əliyevlə bunu müzakirə etməyə hazırdır ", - deyə Seibert jurnalistlərə bildirmişdi.

Seibert əlavə etmişdi ki, "bir sıra danışıqlar" aparılsa da, Azərbaycan hökuməti qərarını dəyişdirməkdən imtina edib.

Bütün bu açıqlamalardan göründüyü ki, Alman tərəfi Vaylerin Bakıya girişini təmin etmək üçün xeyli cəhdlər edib, lakin Azərbaycandan aldığı qəti cavablar qarşısında Vayleri İrəvanda qoymalı oldu.

Və Azərbaycanın bu qətiyyəti həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyətin pozitiv tərəfindən rəğbətlə qarşılandı. Bir daha məlum oldu ki, Azərbaycan Qarabağla bağlı istənilən məsələdə prinsipial mövqe tutur və bu mövqeyindən hər hansı təsirlə geri çəkilmək fikrində deyil.

Pərvanə Ağazadə
AzNews.az