Siyasi prosesin xain prokuroru olmayan “sübutlara” istinad edir və rəhmətə getmiş İldar Dadaşovu günahkar çıxarır Siyasi prosesin xain prokuroru olmayan “sübutlara” istinad edir və rəhmətə getmiş İldar Dadaşovu günahkar çıxarır

Aslan İsmayılovun 3 dəfə “itmiş” çıxışı

Siyasi prosesin xain prokuroru olmayan “sübutlara” istinad edir və rəhmətə getmiş İldar Dadaşovu günahkar çıxarır

Əvvəlki yazıda biz Aslan İsmayılovun Sumqayıt hadisələrinə dair qəhrəmanlıqları haqda danışarkən məhkəmədəki yekun çıxışını “sübut” kimi gətirdiyini, amma həmin çıxışın heç yerdə olmadığını yazmışdıq.

Məsələ ondadır ki, Aslanın iddiasına görə çıxışının ikinci hissəsi guya məhkəmədə çıxışı günü “itib”. Birinci hissəsi bu gün də heç yerdə yoxdur. Deməli, bu hissə də “yoxa çıxıb”. Nəhayət, çıxışın bütün stenoqramı cinayət materiallarının arasından “itib”. Deməli, Aslan İsmayılovun “qəhrəmanlığının” və xəyanətinin əsas sübutu yoxdur və o olmayan bir “sübuta” istinad edərək özünü qəhrəman elan edir.

Amma, Aslan İsmayılovun qəhrəmanlığının əsas sübutu ola biləcək çıxışının “itməsi” yeganə mövcud olmayan “dəlil” deyil. Məsələ ondadır ki, Aslanın istinad etdiyi şahid də həyatda deyil. Onun qəhərmanlığını “sübut” üçün istinad etdiyi başqa şahid o zaman Respublika Prokurorluğunda şöbə müdiri olmuş İldar Dadaşovdur. Ancaq, bu dəfə də Aslan İsmayılov artıq haqqın rəhmətinə qovuşmuş adama isitnad edir. Guya A.İsmayılov “rəhmətlik İldar Dadaşovun” (“Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı” səh. 92. A.İsmayyılov kitabı yazıb özünü “qəhrəman” İ.Dadaşovu isə qorxaq elan edəndə o rəhmətə getmişdi) yanına gedib SSRİ prokurorluğunun istintaqı düz aparmadığı və xüsusi qərardad tələb edəcəyini, təşkilatçıları axtarmaq lazım gəldiyini və s. və i. “qəhrəmanlıqları” edəcəyini deyib. Sən demə, məhz İldar Dadaşov onun belə qəhrəmanlıqlar etməsinin “qarşısını almağa çalışıb”. Bununla A.İsmayılov öz xəyanətini dünyasını dəyişmiş İldar Dadaşovun üstünə atmağa çalışır. Yəni A.İsmayılov siyasi bir prosesdə milli maraqları qoruyan tələblər irəli sürmək istəyib, amma İldar Dadaşov bunu ona icazə verməyib. Ona görə ki, Aslan İsmayılov kitab yazmağa başlayanda İldar Dadaşov artıq haqq dünyasındadır və özünü müdafiə etmək, Aslanı ifşa edəcək faktları sadalamaq, sübutları ortaya qoymaq iqtidarında deyildi. Görünür, həm də A.İsmayılovun bu kitabı hadisələrdən məhz 22 il sonra yazıb özünü qəhrəman elan etməsi həm də elə İldar Dadaşov kimi şahidlərin dünyasını dəyişməsi olub. Axı, artıq ona irad bildirib, həqiqəti ortaya qoyacaq adam dünyada yoxdur.

Ancaq, onun qohumlarından kiminsə çıxıb Aslanı ifşa edə biləcəyini nəzərə alaraq İldar Dadaşovun çox savadlı, təmiz və vicdanlı olduğunu da qeyd edir. Ancaq, unudur ki, sual doğacaq: niyə axı bu Aslan İsmayılov savadlı və vicdanlı adamlarla yola getmir, belə adamlarla həmişə münaqişədə olur? O cümlədən də İlyas İsmayılovla?

Bu suala cavabı 2016-cı ilin noyabrında çap edilən “60 ilin hesabatı” adlı kitabda tapmaq olar. Müəllifi uzun müddət prokurorluq orqanlarında çalışmış, bir neçə rayonun prokuroru olmuş, həmçinin Respublika Prokurorluğunda mühüm vəzifələrdə çalışmış tanınmış hüquqşünas, yazıçı-publisist Mobil İsmayılov kitabda İldar Dadaşov haqda yazır:

“İldar Dadaşov samballı şəxsiyyət idi. O, şöbədə nümunəvi nizam-intizam, səliqə-səhman, möhkəm birlik, işgüzarlıq yaratmışdı. İldar müəllim təəssübkeş, diqqətcil, qayğıkeş şöbə rəisi idi. Hamımız onun səmimiyyətinə inanırdıq. Şöbə rəisi məsuliyyətli iş üsulu və məharətli təşkilatçılıq nümunəsi göstərməyi ilə fərqlənirdi. Biz öz şöbə rəisimizlə fəxr edirdik. Onun gözəl, nümunəvi iclas aparmağı vardı. Nəzərdə tutulan məsələlər obyektiv və tənqidi müzakirə olunardı. O, həmişə deyərdi ki, uğurlar hamımızın olduğu kimi, nöqsan və səhvlər də hamımızın ayağına yazılır. Odur ki, nöqsanlara yol verməməliyik. Ciddi şəkildə, aramla və təmkinlə yalnız öz işi ilə məşğul olardı. İşçilərin fəaliyyətlərinin düzgün qiymətləndirilməsində olduqca obyektiv idi. Ona görə də heç bir işçi ondan incik qalmazdı. Əməkdaşlar arasında səmimi əlaqələrin olmasında, onların bir-birini başa düşməsində, qarşılıqlı hörmətin ildən-ilə artmasında İldar Dadaşovun xüsusi rolu vardı. Boş, əsassız danışan insanlara münasibətini dərhal büruzə verərdi. Minnət götürməzdi. Səviyyəsiz, hay-küyçü insanlara nifrətini gizlətmirdi. Hələm-hələm gülməzdi. Güləndə də ürəkdən gülərdi. Başqa şöbələr yaxşı mənada bizə həsəd aparırdılar”.

Ömrünü Prokurorluq orqanlarında işə həsr etmiş Mobil İsmayılovun kitabından gətirilmiş bu sitatda aydın görünür ki, İldar Dadaşov kimi bir şəxsiyyətin Aslan İsmayılovdan niyə xoşu gəlmirmiş. Yuxarıda xüsusi şriftlə qeyd etdiyimiz məqamı bir daha vurğulayaq: Sitat: “Boş, əsassız danışan insanlara münasibətini dərhal büruzə verərdi. ..Səviyyəsiz, hay-küyçü insanlara nifrətini gizlətmirdi”.

Aslanın portretini necə gözəl cızıb. Yəqin siz də bu iki cümlənin arxasından Aslan İsmayılovun simasını gördünüz: boş, əsassız danışan, hay-küyçü!!! Bura intriqan, karyerist, yalançı, populist, satqın və s. kimi ifadələri də əlavə etsək, yenə siyahı tamamlanmamış qalacaq.

Ümumiyyətlə, bütün yazılarda İldar Dadaşovun haqqında xoş sözlər qeyd edilir. Ancaq, onun Aslandan xoşu gəlmirmiş. Aslan da özünə qəhrəman titulu qazandırmaq üçün haqq dünyasında olan bu adamı günahkar çıxarmaqdan belə çəkinmir.

Amma, gəldiyimiz əsas nəticə ondan ibarətdir ki, A.İsmayılovun “qəhrəmanlıq” səlnaməsinin bir sübut və bir şahidinin heç biri əlçatan deyil. Biri, yəni çıxışı 3 müxtəlif situasiyada, 3 yerdən müəmmalı şəkildə “itib”. Yeganə göstərdiyi şahid isə dünyasını çoxdan dəyişib. Amma unudur ki, xəyanətin izləri və məntiqi bütün məhkəmə prosesində, saxta işi müdafiə etməyə razılaqşmasında, tələb etdiyi cəzalarda və hakimin çıxardığı hökmdə açıq–aşkar görünür.

Aslan İsmayılov Azərbaycanın siyasi tarixinin sonrakı dövrünə neqativ təsir edəcək bir siyasi məhkəmə prosesində Azərbaycan xalqına etdiyi xəyanətin izini itirməyə çalışsa da bu mümkün olmayacaq. “Yalançı xalqçılıq”, emosional siyasi bəyanatlar xəyanəti nə kompensasiya edər, nə də ört-basdır etməyə yetər.

Mürvət Həsənli