Sosial şəbəkələrdə niyə yalan məlumatlar yayırlar? Buna nə vaxt son qoyulacaq? Sosial şəbəkələrdə niyə yalan məlumatlar yayırlar? Buna nə vaxt son qoyulacaq?

DİN-ə atılan böhtanlar palçıq kimi divara dəyib yerə töküləcək

Sosial şəbəkələrdə niyə yalan məlumatlar yayırlar? Buna nə vaxt son qoyulacaq?

Son illər sosial şəbəkələr günümüzün reallığına çevrilib, ancaq bir çox hallarda bu şəbəkələrdə yayılanlar əsl real həyatımızı əks etdirmir. Kiminsə şəxsi həyatına nüfuz edilir, ailəsi haqda mentaletimizə uyğun olmayan informasiyalar yayılır.

Dövlətə, xalqa canı və qanı ilə xidmət edən məmurlarımızın, ictimai xadimlərimizin, adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazan şəxsiyyətlərimizin və korifeylərimizin ləkələnməsi, onlar haqda neqativ xəbərlərin yayılması isə sanki adi hal alıb. Yəqin bu “addımı” atanlar elə hesab edirlər ki, onlar bu yolla müxalifət düşərgəsinin və onların Avropadakı havadarlarının xoşuna gələcək, bu da gələcək fəaliyyətləri üçün onlara hansısa dividend gətirəcək.

Onların indiyədək qazandıqları dividend xalqın gözündən düşməkdən o yana keçə bilməyib. Gözdən düşəni isə geri qaytarmaq olmur. Geri qaytarmaq üçün gərək o yolu namusla keçəsən. Belələrindən isə bunu gözləməyin yeri yoxdur…

Eynən yeni təyin edilən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla Azərbaycan polisinin fəaliyyətinə kölgə salmağa çalışan “bu şəxs” və “şəxslər” kimi…

“Bu şəxsin” də digər “şəxslər”dən heç bir fərqi olmadığını öncədən deyirik. Ona görə də yazdıqları qoy sizdə şok effekti yaratmasın.

O “şəxs” sosial şəbəkədə “Bu gün Daxili İşlər Nazirliyi iflic vəziyyətdədir” cümləsi ilə başlayan bir status yazıb.

..Qurumlarımız və məmurlarımız haqda belə "statuslar" sosial şəbəkələrdə az deyil. Bu gün onlardan yalnız birinə yer ayırdıq...

DİN haqda yazılan "iflic” sözünə görə heç onun gerisini oxumağa dəyməz. Çünki təkcə ölkəmizin vətəndaşları deyil, xaricdən təşrif buyuran qonaqlar da təsdiq edir ki, Azərbaycan dünya miqyasında ən stabil və təhlükəsiz ölkədir. Belə təhlükəsizliyin qarantı ölkə başçısı İlham Əliyev və onun rəhbərliyi ilə fəaliyyət göstərən güc nazirlikləridir. Bu işdə isə ən ümdə vəzifəni Daxili İşlər Nazirliyi həyata keçirir.

Əgər bu nazirlik o “şəxsin” yazdığı kimi iflic olsaydı, onda bu stabilliyə və vətəndaşlarımızın təhlükəsizliyinə necə nail oluna bilərdi?

Nail oluna bilibsə, deməli, o sözü elə də ciddiyə almayın.

O “şəxs” daha sonra DİN haqda yalançı statistik informasiyalar yazır. Onun məğzini sizə açıqlamırıq. Heç lazım da deyil.

Belə yalan və əsası olmayan “statistika”nın isə ayağı yoxdur, yeriyə bilməz.

Yeriyə bilən statistikalar isə yeni nazir Vilayət Eyvazovun yaydığı statistikalardır.

Gözucu onlara nəzər salaq və qoy bu, DİN-i gözdən salmağa çalışan o “şəxsə” bir dərs olsun.

Dərsimizin mövzusu isə budur.

Cari ilin birinci yarısında hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 12411 cinayət qeydə alınıb, bu cinayətlərin 88,5 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növləridir. Qəsdən adam öldürməyə cəhd cinayətləri 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 8,1 faiz, xuliqanlıqlar 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlər 35 faiz azalıb.

Bax belə. Hər şey ortadadır. Ortada olmayan yuxarıda adına dəfələrlə “şəxs” dediyimiz o “şəxsdir”. Yəqin onun şər və böhtan dolu “informasiyalar”ı da ortalıqda olmayacaq, palçıq kimi divara dəyib yerə töküləcək.

Azərbaycanın daxili divarı isə Daxili İşlər Nazirliyidir. Gəlin ona çamur atmayaq, çünki ölkəmizə stabillik əvvəlkindən daha çox lazımdır. Demək olar ki, hər il beynəlxaq xarakterli siyasi, mədəni və idman tədbirləri məhz vətənimizdə keçirilir.

Bunun Azərbaycanda keçirilməsinə rəy verənlər və tərəfdar olanlar heç də Bakımızı təsadüfi seçmirlər.

Seçirlərsə, deməli, Azərbaycanı sevirlər. Daha “o şəxslər” kimi şər və böhtan atmırlar…

Babək Göyüş

AzNews.az