Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir. Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir. Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir

Kür sahilindən görünən Turan

Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir. Ziyalılıq nədir? Bu barədə çox yazılıb, mən də yazmışam və indi yazdıqlarımı təkrar etmək niyyətim yoxdur. Ancaq bir əlavəyə ehtiyac duyuram. Məncə, ziyalılığın əlamətlərindən biri də özünü dərk etmək, milli kimliyini bilmək, xalqının keçib gəldiyi tarixi dərindən öyrənmək və başqalarına da öyrətməkdir

Keçmişini bilən insan tarix axarının, uyğarlıqların əvəzlənmələrinin, xalqların qalxma və enmələrinin qanuna uyğunluqlarını da dərk etməyə çalışır. Çalışır deyirəm, çünki, tarixdə qanunauyğunluğ və məntiq axtarmaq çoxlarına mənasız görünür. Bu barədə yetkin bir fikrə gəlmək hələ ki, münkün olmamışdır. Tarixçilərin bir bölümü keçmişin yalnız təsadüflərlə və xaotik olaylarla idarə olduğunu iddəa edir və bunu əsaslandırmağa çalışırlar. Lakin hər halda tarix fəlsəfəsi müəyyən ümumiləşdirmələr aparmış və xalqların inkişaf yollarının, tarixi proseslərin bi sıra nəzəri əsaslarını bəlirləmişlər.

Bu qarışıqlıq tarixçilər üçün bir sıra çətinliklər yaratdığı kimi; eyni zamanda, onları qəlibə düşmək təhlükəsindən, düşüncələrini, elmi mülahizələrini nəzəri çərçivələrə salmaq məcburiyyətindən xilas edir. yaradıcılıq təxəyyülü üçün meydan açır.

Azərbaycan-Türk-Turan tarixi dünya tarixinin nisbətən az öyrənilmiş sahələrindəndir. Yazılı mənbələrin azlığı və olanların da mübühisələr doğurması, bir sıra hallarda da düşmən müəlliflər tərəfindən və çeşidli dini, siyasi, irqi təsirlər altında qələmə alınması bu tarixin üstünə qat-qat pərdələr çəkmişdir. Bəzən o pərdələri qaldırmaq istəyənlərin dəqiq olmayan yazıları da məsələyə aydınlıq gətirməkdənsə əlavə bir pərdəyə çevrilir, yeni suallar yaradır.

Neftçala ziyalı rayonudur, alimləri, şair və nasirləri, rəssamları, pedaqoqları, jurnalistləri, müxtəlif sənət sahələrində önə çıxan tanınmışları vardır. Seçki günlərində də xeyli dəyərli insanla tanış oldum, ünsiyyət qurduq. Həmin insanların ən maraqlılarından biri araşdırmaçı, folklorçu, türk və dünya tarixinin mahir bilicilərindən olan adaşım Sabir Müseyib oğlu Abüzərovdur. Seçkilərlə bağlı Neftçalaya getdiyim ilk gündəcə çay süfrəsi ətrafında Şərq və Türk tarixi ilə bağlı xeyli söhbətimiz olmuşdu. Milli hərəkat zamanından, uzaqdan-uzağa tanıdığım bu adamın həmin söhbətdə tamam ayrı keyfiyyətləri üzə çıxmışdı; daha doğrusu, rayonlarımızın hər hansı birində tariximizi bu qədər dərindən bilən bir şəxslə rastlaşmağım mənim üçün gözlənilməz olmuşdu. Bu söhbət bizim yaxınlığımızın, dostluğumuzun təməlinə çevrildi. O ilk söhbətdə mənə ən çox xoş gələn Sabir bəyin Neftçalada, necə deyərlər əyalətdə yaşaya-yaşaya bu qədər tarixi mənbələri əldə edə bilməsi, ələk-vələk eləməsi, araşdırması və toxunduğumuz bütün məsələlər haqqında özünün şablonlardan uzaq, müstəqil fikrinin olması idi.
Seçki dövründə də, sonralar da dialoqumuz davam etdi. Buna görə də Sabir Müseyib oğlunun “Turan” adlı, əlyazma hüququnda olan kitabını bir çox elm mərkəzlərinin rəsmi qrifləri altında buraxılan akademik nəşrlərindən daha artıq maraqla və məmnuniyyətlə oxudum.

Sabir Abuzərov 1958-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika- riyaziyyat fakultəsini bitirmişdir. Bir müddət rəsmi işlərdə – Rayon İcra hakimiyyətində təlimatçı və şöbə müdiri vəzifələrində çalışsa da müəllimlik peşəsindən ayrılmamışdır. Riyaziyyat müəllimi olsa da ömrü boyu tariximizi araşdırmaq onun əsas məşquliyyətlərindən biri olmuşdur; mənə bağışladığı “Turan” kitabı da həmin araşdırmaların nəticəsidir.

Kitabın janrını, toxunulan sahələrin hüdudlarını dəqiq müəyyənləşdirmək çətindir. Ona görə də “Turan” adı əsərin məzmununu ifadə etmək baxımından düzgün seçilmiş addır. Çünki, bu araşdırmalarda, əslində Çin səddindən tutmuş Aralıq dənizinə qədər Türk – Turan dünyasının bütün geniş coğrafiyası əhatə edilir. Türk tarixi və Şərq mifalogiyasının “ipuclarına”, ən həssas, mübahisəli və aydınlaşdırılması zəruri olan mövzu və məqamlarına toxunulur. Bu üfuqi xəttin genişliyi qədər də kitabda çox dərinliklərdən gələn şaquli bir xətt var. Nuhun tufanından başlanan uzun bir əsatir, nağıl və real tarix yolu izlənilir.

Mənə görə Sabir bəyin seçdiyi yol mübahisə doğurmamalıdır. Azərbaycan-Türk varlığından danışarkən folkloru kənarda qoymaq yalnışdır. Tarixin ən uzaq həqiqətlərinin zaman keçdikcə mifə, nağıla çevrilməsi danılmazdır. Folklorda, özəlliklə yazıya qədərki əsatir və dastanlarda çeşidli siyasi-dini mühitlərin örtükləri, yamaqları və tozu altında uzaq, lakin canlı və real bir tarixin olduğunu kimsə inkar edə bilməz. Buna görə də tarix araşdırmalarında bu başlanğıc mənbəələri kənarda qoymaq düzgün deyil. Bu şərtlə ki, arıtlanma işi diqqətlə aparılsın, tarixin izləri ilə təxəyyülün izləri bir-birinə qarışdırılmasın… Bəlkə elə buna görə də Sabir bəyin kitabı Məlikməmməd nağılının, xeyirxah və şər qüvvələrin, sehirli quyuların, o quyuların sahibləri olan divlərin, qırxıncı otaqların. hörüklərindən asılan qızların hansı inanc sistemlərinə, coğrafi və tarixi köklərə bağlı olduğunu araşdırmağla başlanmışdır. Çənlibel, Koroğlu, Dədə Qorqud, Oğuz xan motivlərinin kitab boyu çeşidli baxış bucaqlarından və müxtəlif tarixi mənbələr işığında gözdən keçirilməsi də folklorla, xalq ədəbiyyatı ilə, əsatirlərlə real yaşantılar, olaylar arasında mövcudluğu şübhə doğurmayan körpülərin, bağların aşkarlanmasına xidmət edir.

Kitabda ən çox araşdırılan türk dünyasının uc bölgələri – Ərgənəkon, Altay, Uyqur dünyası ilə yaxın şərqin Şumer, Hurri, Mitanna, Quti- Sak-Manna, yəni Bütöv Azərbaycan bölgəsidir. Bu uc bölgələri birləşdirən böyük ipək yoludur. Və tarixin bir çox böyük olayları məhs bu yollardan keçib getmişdir.

Sabir bəyin niyyəti Turan dünyasının neçə min illik tarixini ardıcıllıqla yazmaq deyildir. Bu tarix haqqındakı bəlgələri, sənədləri , araşdırdığı mənbələri üzə çıxarıb oxuculara təqdim etməkdir. Müəllifin aydın və iddəalı bir mövqeyi var, bu kitabla deyir ki, “ mənim göstərdiyim mənbələr nəzərə alınmasa və mənim toxunduğum məsələlər kənara qoyulsa Azərbaycan-türk tarixi yazıla bilməz, yazılsa da əyrisi düzündən çox olar”. Bu baxımdan müəllifin nə qədər ciddi bir iş gördüyünü təsəvvür etmək üçün kitabdakıə başlıqların bəzilərinə nəzər salmaq yetərlidir: “Çənlibel”, “Şıfrələnmiş tarix”, “Haça zirvələrdə yaşayan işıq Koroğlu”, “Tür iduq yeri- subi”, “Ərgənəkon”, “Mesu vilayyəti və ya Çənlibel”, “Ön Asiyada dəmir inqilabı və ya süvariliyə keçidin Koroğlu hərəkatında müstəsna rolu”, “Koroğlu hərəkatı Assur çarlığına qarşı eradan əvvəl 9-7-ci əsr Ön Asiya hadisəsidir”, “Saklar”, “Sak və ya Uyğur”, “Suriyada üçlü dövlətin izləri”, ”Kitabi Dədə Qorqud”da “üçlü dövlət”in izləri”, “Türklər”, “Mitanna dövləti”, “Dinlərin əvəzlənməsi və ya “Kitabi Dədə Qorqud” hadisələrinin sonu”, “Xurritlər”, “”Kitabi Dədə Qorqud” obrazlarının kosmik mənşəyi” , “Nuhun tufanı, tufandan sonra yer üzünün yenidən bölüşdürülməsi – beynəlxalq pakt”, “Etrusklar”, “Tarixin dan yeri, Allahların müharibəsi və simvolların əbədi mübarizəsi”, “Türk millətini qorumaq üçün Oğuz Xaqanın əjdahanı öldürməsi”, “Altaylartın ən ulusu”, “ Tarixdə “sözsüzlük” və ya “sözsüz” qaranlıq dövrlər”, “Doğan günəşə sarı açılan çadırlar” və sair. Mən bu başlıqları misal çəkməklə Sabir bəyin araşdırma çevrəsinin genişliyini göstərməyə çalışdım. Onun bu mövzuları araşdırarkən gəldiyi nəticələri incələmək niyyətim yoxdur. Mənim məqsədim Kür qırağında riyaziyyat müəllimi işləyən bir qeyrətli, həqiqətsevər, mübariz aydınımızın nə qədər böyük bir iş gördüyünü və bu yolla uydurma tarix quraşdıranlara riyaziyyat dərslərinə bənzər bir ibrət dərsi verdiyini nəzərə çatdırmaqdır. Kitabda mübahisəli məsələlər də ola bilər və şübhəsiz ki var, əsas bu deyil əsas Sabir bəyin Azərbaycan – Türk tarixinə yanasmasının, əsas götürdüyü konsepsiyanın düzgünlüyüdür. Kitabda istifadə olunan ədəbiyyatın coğrafiyası genişdir. Burada Türk, Rus, Avropa alimlərindən bol-bol sitatlar gətirilir, sözlərin etimaloji araşdırılmasında Türk və Hind- Avropa dilləri tez-tez qarşılaşdırılır.

Sabir bəyin müxtəlif illərdə qələmə aldığı yazıları toplayıb, tərtib edən Neftçalanın başqa bir dəyərli ziyalısı, tələbəlik dostum, rayonun “Gündoğar” qəzetində işləmiş və bir müddət onun redaktoru olmuş, əyalətdə yaşaya-yaşaya respublikanın ən iti qələmli jurnalistlərindən biri kimi tanınan Əlövsət Əliyevdir. Əlövsət bəy yazdığı ön sözdə yığcam şəkildə kiyabın dəyərini dəqiq müəyyənləşdirmişdir:

– “ Sabir Abuzərovun “Turan” tədqiqat əsəri ilə böyük maraq və heyrət hissi ilə tanış oldum. Müəllif xalqımızın, dövlətçiliyimizin köklərini, etnogenezisimizdəki aparıcı türk soylarını və tayfalarını araşdırmaq üçün müxtəlif əsərləri nəzərdən keçirir, müqayisələr aparır, özünə məxsus maraqlı nəticələr çıxardır. Maraqlıdır ki, o, oxucuya şəxsən nəsə diktə etmir, nəyisə isbata çalışmır sadəcə ayrı-ayrı əsərlərdən gətirdiyi misallarla onu düşünməyə vadar edir, fikri müəyyən versiyalara yönəldir… Amma bu qədər ədəbiyyatı nəzərdən keçirib, maraqlı paralellər aparmağın özü də böyük bir hünərdir. … Əsərin qayəsi, əhəmiyyəti olduqca böyükdür. Bunu nəzərdən keçirdikcə xalqımızın nəhəngliyinə, tariximizin qədimliyinə ürəkdən inanır, əzəmətimizə heyran qalırsan”.

Söhbətlərimizin birində Neftçalanın başqa bir ziyalısı, ensiklopedik bilik sahibi, mütaliəsinin genişliyi ilə məni heyrətləndirən Etlbar Əbilov Sabir Abuzərovun insani keyfiyyətlərini, xarakterini, təvazökarlığını bir neçə sözlə dəqid ifadə etmiş, “o, abırlı adamdır.” demişdi. Məncə, ziyalılığın bir göstəricisi də elə bu abır məsələsidir.

“Turan” kitabı mənə bu bölgənin dahi oğlu Əli bəy Hüseynzadə Turanı xatırlatdı. Türklüyü kimlik anlayışından milli ideologiyaya, siyasi xəttə- Turançılığa qədər böyüdən Əli bəy Hüseynzadəyə dostları “zəmanənin rəsulu” deyirdilər. O da Kür kənarında doğulub, böyümüşdü. O vaxtdan vətənimizin bu bölgəsində həyatını, yaradıcılığını türklük şüurunun inkişafına, dövlətimizin müstəqilliyinə və möhkəmləməsinə sərf edən, qurban verən xeyli ziyalı, görkəmli şəxsiyyət yetişmişdir. Mən Sabir Abuzərlini də Əli bəy Hüseynzadə yolunun davamçılarından və onun ruhunu yaşadanlardan biri hesab edirəm.

Sabir Rüstəmxanlı