Almaniyanın Aİ dan çıxması haqqında müddəalar Almaniyanın Aİ dan çıxması haqqında müddəalar

Avropa İttifaqının qeyri-müəyyən gələcəyi

Almaniyanın Aİ dan çıxması haqqında müddəalar

Britaniyanın Avropa İttifaqından çıxması mövzusu haqqında müzakirələr hələ uzaq 1973-cü ildən, ölkənin birliyə üzv olmasından həmən sonra müzakirə olunmağa başlanmışd. Britaniyalılar hesab edirdi ki, Avropa İttifaqının diktə etdiyi qaydaları ölkədə yeni iş yerlərinin açılmasına, ölkənin öz qanunlarını və ticarət tərəfdaşlarını seçməsinə mane olur, Ölkənin qlobal təsir imkanlarını azaltmaqla, hərbi və iqtisadi təhlükəsizliyini zəiflədir.

Nəhayət, 44 ildən sonra isə Böyük Britaniya referendum vasitəsi ilə rəsmən Avropa Birliyini tərk etmək istiqamətində qərarını elan etdi və Britaniya hökuməti Avropa İttifaqına qurumdan çıxmaq üçün qanunvericilik təqdim etdi.

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, qitəni ikinci dünya müharibəsindən sonra ən böyük təhlükə olan, presedent olmaqla başqa üzv ölkələrin də referendum keçirib Aİ-dən ayrılması kimi təhlükə ilə üz-üzə qoydu. Bu üzdən Aİ Britaniya ilə ticari güzəştlər və sərhəd mövzusunda, tərəflər arasında ticarət sazişi mövzusunda, “brexit” sonrası ikitərəfli münasibətlərin qurulması və ümumilikdə ayrılma prosesində ən sərt mövqe sərgiləmək yolunu seçdi.

Avropa Komissiyası Aİ-Britaniya ticarət sövdələşməsinin təlimatını hazırladı və Böyük Britaniyanın Aİ-dən ayrılma ödənişi kimi, təxminən 60 milyard avroluq bir məbləğ ortaya çıxardı.

Böyük Britaniya ilə Aİ arasındakı “brexit” mövzusunda ziddiyyətlərin ağırlaşmasından əlbəttə Rusiya siyasi və iqtisadi faydalandı.

Bunun da əsasları var idi, çünki rəsmi London son illərdə Aİ-nin və ABŞ-ın Rusiya əleyhinə addımlarının təşəbbüskarı rolunda çıxış edib. İstər Ukrayna böhranı, istər Skripal böhranı, istərsə də ABŞ da seçki prosesinə mümkün müdaxilə iddiası üzündən Rusiyanın cəzalandırılması üçün tətbiq olunan sanksiyaların hamısının ilk təşəbbüskarı kimi Böyük Britaniya çıxış edirdi.

Skripal və qızının zəhərlənməzi və ABŞ seçki sisteminə müdaxilə ehtimalları üzərindən Rusiyanı cəzalandırması üçün hazırlanan mexanizmlərin hamısı Böyük Britaniya kəşfiyyatının məlumatları əsasında aparılmışdı.

Avropa İttifaqı və Böyük Britaniyanın gələcəyi ətrafında müzakirələr Rusiyanı investisiya yatırılması üçün, biznes üçün daha cəlbedici oldu.

Məhz BREXİT sonrası prosesin daxili və xarici auditoriyalara şərhi zamanı Böyük Britaniyanın ilk amma sonuncu ölkə olmayacağını dəfələrlə qeyd etmişəm.

Sırf Almaniyada bəzi deputatlar ölkənin Aİ-dən çıxmasını təklifi haqqında şərh etməzdən öncə, bu təklifləri səsləndirən deputatlar və onların mənsub olduğu partiya haqqında danışmaq yerinə düşür.

Məsələ ondadır ki, Almaniyanın Aİ dan çıxması haqqında müddəaları öz partiyasının platformasına əlavə edən siyasi qüvvə Almaniya Bundestagında neo-nasistlərin, irqçilərin, pedofillərin və təcavüzkarların təmsil olunduğu ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasıdır.

Ölkədə islamofob, antisemit, irqçi, anti-demokratik, Avropa dəyərlərinə zidd olan siyasi xətti dəstəkləyən və təşviq edən partiya həm də ekstremist meyllərinə görə Almaniya kəşfiyyat tərəfindən izlənilir.

Almaniya kəşfiyyatı “Almaniya üçün Alternativ” partiyasını həm də Rusiya ilə əlaqələrinə görə bir neçə ildir izləyir və Bundestagdakı digər siyasi partiyalar, federal hökumət, əyalət hökumətləri, bu partiya ilə hər hansı bir əməkdaşlıq etməkdən, koalisiya yaratmaqdan imtina edirlər.

ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşri keçən ay Ermənistan dövlətindən və erməni lobbisindən rüşvət alan alman deputatların adlarını açıqlamışdı və bu siyahıdakı 21 deputatın hamısı Almaniya üçün Alternativ” partiyasının üzvləri idi və 44 günlük müharibə, ərəfəsi və sonrası günlərdə bu partiya “müharibə təcili dayansın” tələbi ilə etnik ermənilər və rusiyadan olan miqrant dəstələri ilə bir neçə dəfə etiraz aksiyaları təşkil etmişdir.

“Almaniya üçün Alternativ” partiyasının üzvləri Ermənistan və postsovet məkanındakı digər ərazi münaqişələri nəticəsində Ukraina, Gürcüstan, Moldova və s. yaranan separatçı rejimlərlə sıx əməkdaşlıq edir və tez-tez separatçı bölgələrə səfər edirlər.

Dünyanın qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar, sözdə separatçılığın “paytaxtları” olaraq ortaya çıxaraq Avropa qanunvericilərinə rüşvət verməklə “seçkilərdə” varlıqlarını “qanuniləşdirdi”

Bir sözlə Almaniyanın da Avropa İttifaqından çıxması təklifini irəli sürülməsindəki xətt özünü birüzə verir.

Amma əlbəttə, Avropa İttifaqının bir sıra yanlış siyasəti onun bütövlüyünə hədədir və Böyük Britaniya Avropa İttifaqından çıxan ilk ölkə olsa da, irəlidəki illərdə eyni yolu bir neçə başqa Aİ üzv dövlətin tutacağına şahid olacayıq.

Yeganə Hacıyeva