Ramil Usubov və Əli Nağıyevin bəyanatını necə "oxuyaq?"

DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib

Bu kurs dövlətin növbəti kəşfiyyat məlumatları əldə etdiyinə güman verir.

Bir neçə QEYD:
- Oktyabrın 13-14-də TŞ katibi Ramil Usubov Ankarada türkiyəli həmkarı Seyfullah Hacımüftüoğlu ilə müzakirələr apardı,

- Oktyabrın 15-də DTX rəisi Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsində iştirak etdilər.

Ramil Usubov açılış mərasimində ad çəkməyərək bəzi qüvvələrin ölkədə öz məkrli planlarını həyata keçirmək istədiklərini bildirib. Həmin qüvvələr bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar.

Əli Nağıyev isə çıxışında bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulmasından danışıb.

Bu, yeni fakt deyil, yeni olan isə bu açıqlamanın niyə yenidən təkrarlanmasıdır.

Əli Nağıyev bəzi azərbaycanlıların hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.

Bu zamana qədər daha çox İŞİD kimi təşkilatlara qoşulan azərbaycanlılardan danışılırdı, amma son zamanlar gərginləşən Azərbaycan-İran münasibətləri fonunda Qərb mətbuatında çıxan bir məqalə diqqət cəlb edir.

Məsələn, bildirilir ki, Hizbullahın kamplarında təlim keçənlər arasında gənc azərbaycanlılar da var.

Əlaqə: Azərbaycan yeni məlumatlar əldə edib, bu təlim isə həmin qüvvələrə xəbərdarlıq məqsədi daşıyır... '

Aqşin Kərimov