Özbəkistan özünün tarixi, mədəniyyəti, sivilizasiyası və siyasi keçmişində ev sahibliyi etdiyi dövlət və xanlıqlara görə Qərbi Türküstan coğrafiyasında önəmli yerə və region ölkələri baxımından lider olmaq potensialına malikdir. Bu vəziyyəti yaxşı bilən Çar Rusiyası və SSRİ rəhbərliyi bu bölgədə daim tətikdə idi Özbəkistan özünün tarixi, mədəniyyəti, sivilizasiyası və siyasi keçmişində ev sahibliyi etdiyi dövlət və xanlıqlara görə Qərbi Türküstan coğrafiyasında önəmli yerə və region ölkələri baxımından lider olmaq potensialına malikdir. Bu vəziyyəti yaxşı bilən Çar Rusiyası və SSRİ rəhbərliyi bu bölgədə daim tətikdə idi

"Ermənilərin Özbəkistana qarşı ürəkaçan səhifələri yoxdur"

Özbəkistan özünün tarixi, mədəniyyəti, sivilizasiyası və siyasi keçmişində ev sahibliyi etdiyi dövlət və xanlıqlara görə Qərbi Türküstan coğrafiyasında önəmli yerə və region ölkələri baxımından lider olmaq potensialına malikdir. Bu vəziyyəti yaxşı bilən Çar Rusiyası və SSRİ rəhbərliyi bu bölgədə daim tətikdə idi

Digər Mərkəzi Asiya respublikalarından fərqli olaraq Özbəkistan sürətli transformasiya əvəzinə idarə olunan və unikal transformasiya prosesinə başlamışdır. Bu strukturun formalaşmasında qurucu prezident Kərimovun “yeni ev tikilmədən köhnə evi yıxmaq olmaz” şəklində ifadə etdiyi islahatlara baxışı əsas rol oynayıb. Bu baxış “Özbək modeli” adlanır.

Özbəkistanın geosiyasi mövqeyə malik olmaqla bərabər, İslamdan əvvəlki dövrdə Turan, islamın qəbulundan sonrakı dövrdə isə Türkistan adlanan qədim, zəngin tarixi vardır. Çöllər, səhralar və dağlar arasında əsas nəqliyyat və ticarət yollarına sahib olan Özbəkistan Əfqanıstan və Uzaq Şərqlə Avropa arasında keçid yolundadır. Ölkə köhnə İpək Yolu üzərində yerləşən Səmərqənd və Buxaranın vətənidir. Özbəkistan Yeni İpək Yolu layihəsində həm şimal-cənub, həm də şərq-qərb marşrutları üzərində yerləşir. Özbəkistana təsir edən mühüm amillərdən biri də Fərqanə vadisində sabitliyin təminatıdır. 36 milyondan çox əhalisi olan Özbəkistanın Azərbaycanla sıx əlaqələri həmişə mövcud olub. 2016-cı ilin sentyabrında İslam Kərimovun vəfatından sonra hakimiyyətə gələn yeni prezident Şövkət Mirziyoyev Özbəkistan və Azərbaycan arasındakı münasibətlərə xüsusi önəm verir. Mirziyoyev "Üçüncü İntibah" adlandırılan hərtərəfli islahatlarla "yeni Özbəkistan"ı qurmağı hədəfləyib. O, iki qardaş ölkə arasındakı münasibətləri daha da canlandırmaqda maraqlıdır.
Daşkəndi Əfqanıstandan keçməklə Pakistanın Karaçi şəhəri ilə birləşdirəcək dəmir yolunun tikillməsi barədə Özbəkistan Prezidentinin təşəbbüs və təklifləri 2019-cu ilin noyabrında Daşkənddə ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının iclası zamanı ŞƏT-ə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət Konsepsiyasının təsdiq edilməsi ilə dəstəklənib. Onu da qeyd etmək lazımdır ki, Özbəkistan Xəzəryanı dövlətlərlə əməkdaşlığı özünün xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biri hesab edir və çoxtərəfli münasibətlərə yeni impuls verməkdə maraqlıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit imkanlarından istifadə Mərkəzi Asiya ölkələrinə nəqliyyat istiqamətlərini şaxələndirməyə imkan verəcək. Bu layihə Türkiyə və Avropadan Mərkəzi Asiya ölkələrinə və Çinə müntəzəm yük daşımalarının qurulmasında əsas rol oynayacaq.
2005-ci ildə ölkə ərazisində 130-dan çox qaz yatağı aşkar edilib. Qaz ehtiyatlarının 90 faizi Buxara-Xivə bölgəsində cəmlənib. Özbəkistan qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur. 2021-ci ildə isə Özbəkistanda 3,4 milyon tondan artıq pambıq yığılıb.
Hesab edirəm ki, Mərkəzi Asiyada, xüsusən Öznəkistanda Azərbaycanın nüfuz dairəsinin genişləndirilməsi baxımından əlaqələrimiz möhkəmlənməlidir.
Bu günlərdə Daşkənddə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və Özbəkustan lideri Şövkət Mirziyoyev arasında iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalayıblar.
Görüş zamanı prezidentlər ölkələr arasında ticarət-iqtisadi, investisiya, sənaye, neft-qaz, qaz-kimya, tekstil, tikinti, qida və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Nəqliyyat dəhlizlərinin inkişafı və nəqliyyat tariflərinin təkmilləşdirilməsi mövzuları da nəzərdən keçirildi.
Görüşdə İlham Əliyevin Mirziyoyevi Azərbaycanın yaxın dostu və sınanmış etibarlı strateji tərəfdaşı olduğunu qeyd etməsi qarşılıqlı inam mühitindən xəbər verir.
Düşünürəm ki, son 5-6 ilin statistik rəqəmlərinə nəzər salsaq, Özbəkistan öz müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmləndirilməsində, sosial problemlərinin həllində hansı böyük nailiyyətlər əldə etdiyinin şahidi olarıq.
Görüşdə liderlər birgə layihələrin həyata keçirilməsinin və üçüncü ölkələrə ixracın artırılmasının vacibliyini vurğuladılar.
Görüş zamanı prezidentlər iki ölkənin paytaxtları və iri şəhərləri arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər və bu çərçivədə bu il Daşkənddə ilk regional biznes forumunun və sənaye yarmarkasının təşkili barədə razılığa gəliblər.
Danışıqlardan sonra Mirziyoyev və Əliyev Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə 18 saziş imzalayıblar.
Əliyev və Mirziyoyev Daşkənddə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adını daşıyan küçənin və Heydər Əliyevin heykəlinin açılış mərasimində də iştirak ediblər, sonra Daşkənddəki Müstəqillik abidəsi önünə əklil qoyublar.
Ümumiyyətlə münasibətlərimizin yaxın keçmişinə nəzər salsaq, keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə Özbəkistanın mütəmadi olaraq qəti şəkildə dəstək verdiyini bildirməliyik. Təsadüfi deyil ki, Özbəkistan, BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub.
Hazırda 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Özbəkistan azərbaycanlıları, bu ölkənin ictimai həyatında fəal rol oynamışlar arasında görkəmli jurnalist, ictimai xadim Seyid Rza Əlizadə (1887-1945), şair Məqsud Şeyxzadə (1908-1967), rejissor Firudin Səfərov (1933), rəssəm və heykəltaraş Eynulla Əliyev və s. var.
Ermənilərin isə nə keçmişdə, nə də günümüzdə Özbəkistana qarşı ürəkaçan səhifələri əsla yoxdur. 1918-ci ilin fevral ayında bolşeviklərin dəstəyi ilə Daşnaksutun Partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə 3 gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Ermənilər bu qırğınların törədilməsində xüsusi fəallıq göstəriblər. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.