Qazilərin baş üzərindən böyük planlar icra olunur Qazilərin baş üzərindən böyük planlar icra olunur

Ən böyük günahkar müharibənin özüdür

Qazilərin baş üzərindən böyük planlar icra olunur

Bütün müharibələrin ağır fəsadları olur, postmüharibə sindromu ifadəsi heçdən yaranmayıb. Qazi Elvin Cəfərovun intihar etməsi ağırdır, ictimai narazılıq da başadüşüləndir, amma bu məsələdə və bütün cəbhələrdən dövlətin üstünə yeriməyin də bir ədəb-ərkanı olmalıdır. Bu məsələdə məmurlar da günahkardır, biz də... Amma ən böyük günahkar elə müharibənin özüdür. Amma müharibə etməyə də bilməzdik və müharibə bitəndən sonra onun fəsadlarının olmayacağını da düşünmək sadəlövhlükdür. Biz nə gözləyirdik? Bütün dünya yığışıb qazilərimizə kömək etsə belə, postmüharibə sindorumundan belə tezliklə xilas olmaq mümkün deyil. Zaman lazımdır.

ABŞ-Vyetnam müharibəsindən sonra döyüşdən qayıdan 20 min amerikalı ən ağır cinayətlərə əl atdı, onlardan 15 min amerikalı öz ailə üzvlərini şiddətə məruz qoydu - döydü, öldürdü, şikəst etdi. 5 min amerikalının hansı şəraitdə ölməsi məümmalı qaldı - sonda intihar kimi qeydə aldılar, 30 min amerikalı müxtəlif ştatlarda dövlər qurumlarına, banklara hücumlar təşkil etdilər. Ümumilikdə, müharibədən geri qayıdan 150 min amerikalı bu neqativ halların əsas iştirakçı və icraçılarına çevrildilər.

Reabilitasiya mərkəzləri də bir işə yaramadı. ABŞ-ın pulu yox idi, yoxsa dövlət qurumları müharibədən geri dönənlərə laqeydlik göstəririrdi!?

Yaxud ərəb-İsrail, SSRİ-Əfqanıstan müharibəsini götürək.

Qazilərin baş üzərindən böyük planlar icra olunur. Biz, bu məsələdə qazilərimizimittiham edə bilmərik, onları qorumalı, sağaltmalı və yaxşı yaşatmalıyıq. Dövlət bunu etməlidir! Amma cəmiyyət olaraq, küyə düşməməliyik, bu intiharların "xətti" sərhədlərimizi aşır...

Samir Feyruzov