Qara mollaların bolşevik rəngli sevgisi Qara mollaların bolşevik rəngli sevgisi
  • Yazarlar
  • 11 Avqust 2022 12:57
  •  10 877

Zəngəzur niyə İranın qırmızı xəttidir?

Qara mollaların bolşevik rəngli sevgisi

Bununla artıq neçənci dəfədir ki, İran prezidenti İbrahim Rəisi və ölkənin baş mollası Zəngəzur dəhlizini ölkəsinin qırmızı xətti adlandırır. Sonuncu dəfə Rəisi və Paşinyan arasında telefon danışığı baş tutub. Rəisi bir daha Paşinyanı əmin edib ki, İran heç bir şəkildə regionda geosiyasi xəritənin dəyişdirilməsini qəbul etməyəcək.
Gəlin, İranın Ermənistan siyasətinə aid suallar qoyaraq cavab verək:
Geosiyasi xəritə nədir?
Coğrafi amillərin siyasi qərarlara tətbiq edilməsi ilkin qəbilə münasibətləri dövründən məlumdur. Çay hövzələri, ticarət yollarının üstü, münbit ərazilər həmişə xüsusi diqqət cəlb edib. Dövlətlər yarandıqdan sonra isə, daha doğrusu müasir sərhəd prinsiplərinin işə düşməsindən sonra geosiyasət xüsusi əhəmiyyət kəsb etməyə başladı.
Ermənistan inşa edildikdən sonra onun coğrafi mövqeyi Türkiyə - Azərbaycan - İran arasında mühüm rol oynamağa başladı. Regional müstəvidə isə Rusiya üçün ayrıca nüans təşkil etdi.
Bu mənada Zəngəzur Türkiyə, Naxçıvan ilə Azərbaycanı birləşdirə bilər, amma İran düşünür ki, bu yol onun qırmızı xətti olar və siyası coğrafiyanı dəyişə bilər deyə narazıdır.
Baxaq:
1. Azərbaycan iqtisadi layihə icra edir.
2. Azərbaycan Ermənistan ərazisini işğal eləmir, sərhəd çəkmir.
İran nə istəyir?
Maraqlıdır ki, İran 10 noyabr razılaşmasının icrasını ona görə istəmir ki, Rusiya, Türkiyə, Azərbaycan və Britaniya bölgədə iqtisadi zənciri qurur və İran iqtisadi sanksiyalar şəraitində ehtiyacı ola - ola layihəyə qoşulmaq əvəzinə onu şantaj edir.
Niyə? Çünki ilk növbədə Azərbaycan Respublikası güclənir və bu Tehran rejimini çox narahat edir ki, reflektic olaraq Azərbaycanda:
1. Kərimə dövləti qururlar
2. Xalqı şiə və sünni inanclara əsasən bölürlər.
3. Qalib ordunu parçalayırlar.
4. İmam Hüseyni, Xətaini, dini, allahı, peyğəmbəri çox rahat formada istismar edirlər.
Regionda nə dəyişəcək?
Maraqlıdır ki, Zəngəzur dəhlizi açılsa, regionda Azərbaycan Türkiyə ilə birləşir, Türkiyə türk dünyası ilə, Rusiya - Türkiyə bazari Avropa xətli yaranır və bu hazırda toqquşan dünyada alternativ əməkdaşlıq mənbələri yaradır.
İran niyə əvvəlcədən narahatdır?
Hər dəfə İranın qırmızı xətt deyərək açıqlama verməsi belə bir hipotez doğurur: İran nəyi bilir və ya gələcəkdə olanlar nədir?
Təxmin edirik ki, Qarabağda baş verənlərin paralelində Azərbaycan Ermənistan ilə sərhəd xətlərinin dəqiqləşdirilməsini də başa vuracaq.
Qlobal sərmayənin də xeyir - duası ilə üçüncü hədəf Zəngəzur dəhlizidir. İran bunu bilir, güman ki, dəhliz boyunca Ermənistanın məcburetmə əməliyyatına məruz qalacağını (10 noyabr razılaşması imkan verir) hesablayıb. Məhz ona görə preventiv davranmağa çalışır.
Başqa bir detal:
"⚠️ Rusiya Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirir.
Bildirilib ki, 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb.
Məlumata görə, Rusiya hərbi hissəsi həmin ərazidə 67 ildir xidmət edir. Ancaq indiyədək Ermənistan-İran sərhədində belə məntəqə olmayıb.
Qeyd edilib ki, bu, İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz ötürülməsi hallarının artması fonunda baş verib".
Təbii ki, hazırda qara pullara böyük ehtiyac duyan Rusiya üçün üçüncü bir ölkədə narkotik tranziti ilə bağlı vəziyyətin qənaətbəxş olmasının heç bir əhəmiyyəti yoxdur. Yəni konkret olaraq 67 il bölgədə əsgər saxlayan Rusiyanın bu addımı İranın artan hədələri fonunda atması faktı daha maraqlıdır.
Bu arada Rusiya Zəngəzur dəhlizi ilə bağlı son mövqeyini də açıqlayıb. Dəhliz reallaşmalidire və bölgədə xidməti fəaliyyəti FTX aparacaq və heç bir Ermənistan hərbçisini orda görməyəcəyik.
Bir neçə gün əvvəl Türkiyə xarici işlər naziri Çavuşoğlu da bildirdi ki, Zəngəzur dəhlizi açılacaq, alternativi yoxdur...
Xarici İşlər naziri Ceyhun Bayramov isə açıqladı ki, “Azərbaycan və Türkiyənin hələ nail olacağı çox hədəf var.”

Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri