İmperializm xülyası sonunu yaşayır

Qafqaz xalqlarının suverenliyinə 3 əsrə yaxındır qənim kəsilən Rusiya bu gün də öz imperialist təxəyyülündən əl çəkmir. Şanlı ordumuzun Qarabağ zəfərinin yekun sənədi olan üçtərəfli razılaşmanın 4-cü bəndini həyata keçirməyə borclu olan rus "sülhməramlılar", öz səlahiyyətlərindən kənar fəaliyyətlə məşğuldurlar.

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına dinc yolla etirazlarını bildirən ekofəallarımız, ənənəvi "Ekosidə son!" kimi tələblərini və digər şüarlarını gecə saatlarında da səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiyada səhər saatlarında olduğu kimi, gecə saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir mənfi təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Aksiya hazırda davam edir.
İmperiyanın regionda forpostu olan Ermənistan isə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə dinc aksiyaçıların haqlı tələblərinə Qarabağdakı hayların sözdə sıxışdırılması donunu geydirməyə çalışırlar.
Görünür ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərin davam etməsində maraqlıdır. Təbii ki göstərişləri imperialist Moskva hökumətindən alırlar.
Maraqlıdır ki, bölgədə sülhməramlılar adı ilə yerləşən və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərinin icrası üçün birbaşa məsuliyyət daşıyan Rusiya, razılaşmanın olmamasına görə Qarabağdakı separatçı-terrorçu rejimi günahlandırır. Beləliklə, onları “tərəf” kimi göstərməyə çalışır.
Moskvada yaşayan erməni diasporu tərəfindən ələ alınan bəzi rus çinovniklər anti-Azərbaycan kompaniyasını sürdürürlər. Deputat Mixsil Delyaqin, hərbi ekspert Mixail Aleksandrov, raket ordusu generalı Konstantin Sivkov və digərləri Azərbaycana qarşı təhdid, hədəyönlü şovinist çıxışlarını məhz ermənilərin sifarişi ilə etmişlər.
Ukrayna cəbhəsindəki uğursuzluqlar fonunda qonşu ölkələrə təhdid yağdıran rəsmi Moskva, bumeranq effekti ilə kin və nifrəti özünə qarşı yönəltmiş olur. Yeni Jirinovskilər yetişdirən Rusiya həm Ukrayna cəbhəsində, həm də Qarabağda məğlubiyyətini heç cür qəbul edə bilmir və sözlü gövdə göstərişi etməyə çalışır. Azərbaycan tərəfi isə ən qısa zamanda Xankəndidə bayrağını dalğalandırmaqda iddialıdır.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi