- Yazarlar
- 6 Yanvar 2023 18:24
- 9 854
Rusiya Qarabağda I Pyotrun vəsiyyətini yerinə yetirməyə çalışır
Hələ 18-ci əsrin əvvəllərində cəllad və türk düşməni çar 1-ci Pyotr ruslara Qafqazdan heç zaman əl çəkməməyi tövsiyə etmişdir. Görünən odur ki, Putin qaniçən 1-ci Pyotrun vəsiyyətlərini stolüstü yol xəritəsi etmişdir. Çeçenlərin azadlıq mücadiləsini qanla yatıran Putin nədənsə Abxazlar və osetinlərin azadlıq mücadiləsini dəstəkləmək üçün cənub hərbi dairəsini bütövlütlə döyüşə ataraq Gürcüstanın ərazi bütövlüyünü pozdu.
Qarabağ və ətraf rayonları 30 illik erməni işğalından tamamilə azad etməyə israrlı olan Şanlı Azərbaycan ordusunu, 3 tərəfli müqaviləni ortaya ataraq Xankəndi həndəvərində dayandırmaq da, əslində Qafqazlıların qanını içən 1-ci Pyotrun vəsiyyətinin məntiqi davamı idi. “Sülhməramlı" adı altında ildırım sürətilə özünü Azərbaycan torpaqlarına soxuşduran imperialistlər bu gün də buralarda qalıcılıqlarının xülyaları ilə çabalayırlar.
Belə olmasaydı, Türkiyənin Azərbaycanda möhkəmlənməsindən hiddətlənən Putin Vardanyanı özünün xüsusi emissarı kimi Xankəndinə yollamazdı. 25 ildir Rusiyanın yüksək çinli korrupsioner məmurları ilə əlbir şəkildə çirkli pulların yuyulması ilə milyardlar sahibi olan Ruben Vardanyan Moskva elitası ilə sıx işbirliyinin konkret faktları vardır. Rusiya imperiyasının Qafqazda qalıcılığını təmin etməyə göndərilən Vardanyan oğurladığı pullardan xərcləməklə qanunsuz separatçı terrorçuları silahlandırır, onları məğlub sindromdan revanşist əhval ruhiyyəyə kökləyir, sakinlərin ölmüş ruhlarını və çemodan əhvallarını mübarizliklə əvəz etməyə çalışır. Təbii ki,bu canfəşanlıq rus "sülhməramlılar" ın biləvasitə dəstəyi ilə həyata keçirilir. Təsəvvür edin, ekosidə qarşı dinc aksiya keçirən vətəndaşlarımız gün ərzində 20-yə yaxın "humanitar" yük maşınınının keçidinə yol verməli olurlar. Hərbi ekspertlər və hərbi təhcizatçılar təsdiqləyər ki, bu qədər təhcizat maşınınına ehtiyac ola bilməz. Bağlı Kamaz maşınlarında daşınan isə, çox güman ki, hərbi sursatdır.
Azərbaycan sülhməramlıların ölkəmizdə qalmasına yenidən baxmalıdır. BMT və Rusiyanın da tanıdığı suveren sərhədlərimiz çərçivəsində gömrük və sərhəd-buraxılış məntəqələri yaradılmalıdır. Qeyri-qanuni yolla Azərbaycan ərazizisinə daxil olan, ölkəmizdə qanunsuz yaşayan və ərazi bütövlüyümüzü təhdid edən dələduz Vardanyanın həbsinə məhkəmə qərarı çıxarılmalı, xüsusi əməliyyat həyata keçirilməlidir.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi