Bakı Brüssel görüşü öncəsi əlini gücləndirdi

Brüssel görüşü öncəsi Ermənistan yenə təxribatlar əl atır. Ritorika ənənəvi olduğu kimi, məqsəd də ənənəvidir. Görüşün səmərəsiz keçməsinə şərait yaratmaq, gündəliyə yenə məsələlər salmaq, Bakını İrəvanla dialoqun mənasız olduğuna inandırmaq. Bakı isə strateji addımlarla onların bütün cəhdlərni boşa çıxır. Bir müddət öncə təxribatlar nəticəsində tərəfimizdən zərərsizləşdirilən terrorçuların cəsədinin Ermənistan tərəfindən tələb edilməsi, Bakının onları nümayişkaraə formada təhvil verməsi Brüssel görüşündə əlimizi gücləndirəcək addımdır. Bundan əlavə, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun növbəti dəfə BQXC-in nümayəndəsinə ermənilərinin tədarüklərinin təminatını Ağdam-Xankəndi yolu vasitəsilə edilməsi təklifini irəli sürməsi Paşinyanın görüşdə ermənilərin haqq və təhlükəsizliyinin təminatı məsələsini gündəmə gətirmə cəhdini də fiaskoya uğradır. Laçın yolu ilə bağlı atılan addımlar və irəli sürülən təkliflər Ermənistana və beynəlxalq ictimaiyyətə beynəlxalq mexanizm anlayışının mümkünsüz olduğunu da göstərir. Beləcə, Bakı Brüssel görüşünə İrəvanın bütün hədəflərini neytrallaşdıraraq qatılır. Görüşdən isə indiki reallıqlar şəraitində ciddi nəsə gözlənilməsə də, İlham Əliyev hər zamankı qətiyyətini növbəti dəfə ortaya qoyacaq. Paşinyanın isə bəhsedilən reallıqlar şəraitində Bakı-Xankəndi formatını irəli sürməsi və ermənilərin təhlükəsizliyi, eləcə də, Laçın yolunda humanitar “böhran”ın yaşanması məsələlərini dilə gətirməsi Azərbaycanın bundan sonra məcburən atacağı addımları legitimləşdirəcək. Əgər təxribatlar səngimirsə, separatçılar bölgəni tərk etmirsə, Laçın yolu aşsüzənə çevrilirsə, humanitar daşımalar üçün bölgəyə gələn beynəlxalq qurum da bu fəaliyyətə vasitəçilik edirsə, artıq ölkəmizin 2020-ci ildə olduğu kimi, problemini özü həll etməkdən başqa yolu qalmır. Laçın yolu yeni yolla əvəzlənəcək, ermənilərin tədarükünü Azərbaycan təmin edəcək, separatçılar bölgədən təmizlənəcək. Bir neçə gün öncə türkiyə prezidenti Ərdoğanın NATO-nun Vilnüs sammitində rus sülhməramlı qüvvələrinin 2025-ci ildə bölgəni tərk etməsi ilə bağlı mesajı isə bütün bu addımlardan öncə atılan ən tsrateji addım idi. Yəni, Rusiya bölgədə var olmayacağına görə, addımlarımıza da əngəl törətməyə əsas qalmır. Mesajın xüsusən Türkiyə tərəfdən verilməsi ayrıca diqqət çəkir. İstənilən harda Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi