Türkiyə yeni dünya nizamı yaradır

Son 22 ildə müstəqil daxili və siyasət sərgiləyən Türkiyə qərbin hərbi sanksiyalarından qurtularaq özünün hərbi sənaye kompleksini inkişaf etdirmişdir. Son illər isə dünya bazarında hərbi texnika ixracatında önəmli aktora çevrilməkdədir. Yaxın Şərq və Afrika ölkələrini öz monopoliyasında saxlayan Fransa, bu bazarlardan sıxışdırılmaqdadır. Türkiyənin aerokosmik şirkəti TUSAŞ Afrika qitəsindəki Çada həm HÜRKUŞ təyyarələri, həm də ANKA zərbə pilotsuz təyyarələri istehsal edərək yeni ixrac uğuruna imza atıb.

Əvvəlki razılaşmalara əsasən, ROKETSAN-ın hazırladığı MAM-L və MAM-C raketləri ilə birlikdə 3 HÜRKUŞ təlimçisi və 2 ANKA PUA-sı Çada təhvil verilib.
HÜRKUŞ-un əsas təlim maşını və yüngül hücum təyyarəsi ilk uçuşunu 2013-cü ildə etdi və o vaxtdan Türkiyə, Nigeriya, Liviya və indi Çad səmalarında etdi.
HÜRKUŞ-un maksimal uçuş sürəti 574 km/saat, hündürlüyü 10577 m, uçuş məsafəsi 1140 km, eniş məsafəsi isə 593 m-dir. Ümumiyyətlə, Ankara Parisin Afrikadakı təsirini zəiflətməkdə maraqlıdır, bu minvalla qitədə öz rolunu gücləndirməyi də məharətlə bacarır. Bu, həm hərbi, həm diplomatik sferaya, həm də silah ixracına aiddir. İndi anqarlarda, Çad bayrağının yanında Fransanın əvəzinə türk bayraqları dalğalanır: bu, yeni yeni düzənin göstəricisi deyilmi?

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi