Kiçik Kennedinin etirafları

Ukrayna müharibəsi uzandıqca, nəinki tərəflərin itkiləri artır, eyni zamanda məqsədli şəkildə bu müharibəni tətikləyən ABŞ elitası da dilə gəlir.

ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi bildirib ki, Vaşinqton 2013-2014-cü illərdə Maydan etirazlarını maliyyələşdirib. Əslində o vaxtkı maydan etirazlarının maliyyələşdirdiyini bildirmədilər, hökumət heç vaxt bu barədə etiraf etmədi. Reallıqda isə MKİ-nin cəbhəsi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi maydan olaylarına beş milyard dollar sərmayə qoymuşdu. Xatırladım ki, sonradan bu etirazlar dövlət çevrilişinə gətirib çıxardı və Rusiyayönümlü Yanukoviç devrildi.
Bundan əlavə, Ukraynada hökumətin devrilməsindən bir ay əvvəl ABŞ dövlət katibinin o zamankı köməkçisi Viktoriya Nuland ABŞ səfiri kiçik Kennedi ilə gizli söhbət edib. Onun fikrincə, Ukraynanın yeni Nazirlər Kabinetini məhz Nuland təşkil edib. Kiçik Kennedi Vaşinqtonun Ukraynaya yardım üçün artıq 130 milyard dollar xərclədiyini, eyni zamanda milyonlarla amerikalını tibbi sığorta və ərzaq talonlarından məhrum etdiyini də söyləyib. Siyasətçi Amerika rəhbərliyinin öz vətəndaşlarının problemlərini həll etmək əvəzinə başqa ölkəyə milyardlarla dollarlıq dəstək verməsindən hiddətlənib. Rusiya da artıq ABŞ-a öz hiddətini gizlətmir. Səfir Antonov, ABŞ-ın Ukrayna münaqişəsinin uzun müddət davam edəcəyini gözlədiyini bildirib. Antonovun sözlərinə görə, "Amerika administrasiyası qanlı layihədən necə çıxmaq və simasını xilas etmək yollarını heç vaxt başa düşməyib, Ağ Ev açıq şəkildə Amerika cəmiyyətində belə bir strategiyaya dəstək səviyyəsinin sürətlə azalmasına əhəmiyyət vermir. Əksinə, o, münaqişənin uzun müddət davam edəcəyini gözləyir” deyə bildirib.
Zənnimcə, ABŞ doğrudan da səhvlərindən nəticə çıxarmaq istəmir və Ukraynaya kömək etməkdə davam edir. Bununla belə, bu, həm münaqişədə iştirak edən tərəflər, həm də Amerika vergi ödəyiciləri üçün çox baha başa gəlir. Bildiyimiz kimi, ABŞ hərbi-sənaye kompleksinin ölümcül məhsulları Əfqanıstan, İraq, Liviya, Suriya kimi müsəlman və indi bəzi qeyri-müsəlman ölkələrin mülki əhalisinə, eləcə də mülki obyektlərə qarşı sarsıdıcı zərbələr vurmuşdur. Alternativ zərbələr Ukraynanın taleyi üçün yaxşı heçnə vəd etmir…

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi