- Yazarlar
- 25 Avqust 09:16
- 7 790
Hüqonun önündə
.jpg)
Tez-tez biz tərəflərdə gəzib-dolaşan turistlərə verilən "nəyimiz xoşunuza gəldi" sualına, adətən, dərhal bir cavab verilir: yeməkləriniz və insanlarınız.
Viktor Hüqonun yubiley gecəsi keçirilirmiş. Köməkçisi gələn qonaqları bir-bir yazıçıya təqdim edir:
- İngiltərədən gələn qonağımız...
Hüqo:
- Ooo, Şekspir!
- İspaniyadan gələn qonağımız...
- Ooo, Servantes!
- Almaniyadan gələn qonağımız...
- Ooo, Höte!
- Mesopotamiyadan gələn qonağımız...
Hüqo bir anlıq duruxur, yaddaşında Mesopatamiyanı ifadə edən yaxın tarixdən bir imza axtarır, amma ağlına heç kim gəlmir və qəfildən qonağın əlini sıxıb deyir:
- Ooo, insanlıq!
Biz bu gün Hüqonun önündə dayanan Mesopotamiyanın günündəyik; dünyəvi müstəvidə mədəniyyəti təmsil etməyə bir adam yetişdirmədiyimiz üçün, məcbur insanlığı təmsil edirik.
Aqşin YENİSEY