• Yazarlar
  • 21 Sentyabr 2023 16:27
  •  9 342

Azərbaycan sülh uğrunda mübarizə aparır

Ölkəmiz növbəti tarixi qələbəyə imza atdı. Biz öz konstitusion hüquqlarımızın bərpası, suverenliyimizin təmin olunması, duiversiya aktlarının qarşısının alınması məqsədilə lokal anti-terror tədbirləri icra etdik. Hədəfimiz yalnız və yalnız legitim hərbi obyektlər, qanunsuz erməni silahlılarının resursları idi. Mülki insanların təhlükəsizliyi tam qarantiya altına alınmışdı. Biz heç bir zaman müharibə qaydalarından kənara çıxmamışıq, insan haqqları pozuntusuna yol verməmişik. Ermənilər bizi bu tədbirlərə vadar etdi. Üçtərəfli bəyanatın 4-cü bəndini nəinki icra etmədi. Hətta təxribatların sayını artırdı. Ən son baş verən mina terroru bardağı daşıran son damla oldu. Aşkar edilən minaların 2021-ci il istehsalı olması o deməkdir ki, bizim humanitar məqsədli qarşı tərəfin istifadəsinə verdiyimiz Laçın yolundan daha da separatizmi alovlu vəziyyətdə saxlamaq üçün istifadə ediblər. Demək ki, alternativ yol olmalı, daşınan yüklərə nəzarət bizim əlimizə keçməli və ən önəmlisi, erməni icmasının təminatı Bakı tərəfindən təchiz edilməlidir. Bu yolda başlıca əngəl hələ də orada qanunsuz silahlı tör-töküntülərin olmasıdır. Biz bütün bunların qarşısını aldıq. Biz beynəlxalq hüququ bölgədə təmin etdik. Dünyada separatizmə qarşı mübarizənin getdiyi vaxtda biz presedent yaratdıq. Biz həm də göstərdik ki, beynəlxalq qurumlar işləkliyini itirib. Biz dünyaya göstərdik ki, hüquq güclü olmalıdır, güclü hüquq deyil. Biz tarixi ədaləti bərpa etdik. Əsrlərdir bölgədə ssenarisi cızılan planı yerlə yeksan etdik. Türk dövlətlərinin birliyinə təkan verdik. Bütün bunları biz müzəffər Ali Baş Komandanın başçılığı, qüsursuz peşəkar diplomatiyası, rəşadətli ordumuz və güclü xalqımız hesabına bacardıq. Xalq-hakimiyyət birliyi ən başlıca amil oldu. Və ən önəmlisi, əlbəttə ki, bizim haqqlı olmağımız və öz torpaqlarımı uğrunda mübariz aparmağımız gücümüzə güc qatdı. Azərbaycan sülhp\rvər ölkədi, azərbaycan xalqı tolerant xalqdır. Onlarla xalqın birgəyaşayışına, sabit yaşamına şərait yarada bilmişiksə, eyni şərtlər bizim qanunvericiliyimizi qəbul edəcək ermənilər üçün də keçərlidi. Biz onlara yüksək sosial rifah, digər vətəndaşlarımızla bərabər haqqlar təmin edirik. Bütün bunları qəbul etməyənlər üçün Laçın yolu hələ də açıqdı. İstifadə edib istədikləri yerdə yaşaya bilərlər.

Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi