• Yazarlar
  • 17 Oktyabr 2023 17:24
  •  7 179

Ermənistan terror şəbəkəsini genişləndirir

Birinci dünya müharibəsindən başlayaraq, haylar terrorizmə əl atmağa, terror təşkilatları yaratmağa başladılar. Osmanlı-Rusiya müharibəsi zamanı arxa cəbhədə mülki əhaliyə qarşı qırğınlar törədən haylar, terrorizmin təməlini qoymuş oldular. Sonradan leqallaşmalarına baxmayaraq, indiki Daşnaktsutun partiyası terror təşkilatıdır. Sonradan Yaradılan ASALA terror təşkilatı da öz sələfləri və xələfləri kimi türk düşmənçiliyini özlərinə əsas ideoloji deviz qəbul etmişlər. İndi isə əvvəlcə 44 günlük Vətən müharibəsində, sonra isə doğma Qarabağımızda keçirilən 24 saatlıq antiterror əməliyyatında misilsiz qələbələr qazanaraq yeni hərb tarixi yazan rəşadətli Milli Ordumuz hayların canına vəlvələ salıb. Andranikin, Njdenin faşizm nümunlərindən, ASALA və Daşnaktsutun kimi türk qanına susamış terror təşkilatlarından "bəhrələnən" haylar, indi də Qərbi Zəngəzurda yeni VOMA terror ocağı yaratmışlar. Türkiyə və Azərbaycan bu terror təşkilatına qarşı gecikmədən önləyici tədbirlər görməlidirlər. Çünki ASALA ideologiyasına (türk düşmənçiliyi) söykənən yeni terrorçu erməni təşkilatı VOMA Qərbi Zəngəzurda artıq təlimlər keçirir. VOMA Azərbaycanla və Türkiyəyə ilə asimmetrik savaş aparmağa hazırlıqlar görür. Terrorçu təşkilata gənc oğlanlar və qızlar, hətta azyaşlılar cəlb olunurlar. Onlara terror təlimləri ilə yanaşı, anti-türk faşist ideologiyası aşılanır.

İndiki dönəmdə terrorçu təşkilat Qərbi Zəngəzurdan keçəcək nəqliyyat dəhlizini əngəlləməyi planlayır.
Yeni erməni terror təşkilatı VOMA PKK ilə sıx əməkdaşlıq etməkdədir. İranın da VOMA ilə işbirliyini istisna etmək olmaz. VOMA-nı əvvəllər erməni işğalçı korpusu tərkibində Qarabağda döyüşmüş, SSRİ Hərbi kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında işləmiş Vova Vartanov soyadlı idmançı yaradıb. Göründüyü kimi, VOMA artıq böyüyüb, başqa terrorçu təşkilatlarla işbirliyi qurub. Zəngəzurda türk əhalinin qırılması, etnik təmizlənməsini həyata keçirmiş Andranik, sonra Qaregin Njdenin ideologiyası ilə silahlanıb. Artıq Zəngəzurda terror bazası qurublar. Əsrlərdir Hindistandan Balkanlara, Yaxın Şərqdən Qafqaza köç edən bu vətənsiz haylar,hansı ideologiyaya əl atsalar da,türkün Vətən eşqini və torpağını anası qədər sevən Mübarizlərin qələbə əzmini nə sındıra bilməzlər, nə də ki azalda bilməzlər. Yaşasın Azərbaycan Ordusu! Var olsun Türkiyə-Azərbaycan tandemi!

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi