- Yazarlar
- 19 Noyabr 19:41
- 14 751
COP29-BİZİM QƏLƏBƏMİZDİR!
Ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29 Bəşəriyyətə öz sözünü dedi. Tanınmış milyarder Bill Geytsim iqlim dəyişmələri ilə bağlı maraqlı fikri var: “Biz iqlim dəyişmələrindən danışanda iki rəqəmi bilməliyik. Birincisi, 51 milyard, ikincisi isə sıfırdır. Hər il 51 milyrd ton parnik qazları atmosferə düşür. Sıfır elə bir rəqəmdir ki, biz ona yaxınlaşa biləcəyikmi?” Bil Geytisn paradoksunun həyata keçməsi çox çətindir. İqlim dəyişmələrinin (iqlim fəlakəti demək daha doğrudur) əsas müzakirələri məhz BMT-nin Tərəflər Konfransında (COP) həyata keçirilir. COP29 göstərdi ki, bəzi əsəbi dövlətlər öz amplualarındadır. Çağımızda neokalonizmin gerçəkləşməsinə çalışanlardan bundan artığını gözləmək mümükün deyil. Bir məsələyə diqqət edək. Dünyanın super dövləti olan ABŞ energetikaya hərbə və səhiyyəyə nisbətən az vəsait ayırır. Bir sıra vençur firmalar yüksək gəlir əldə etmədiklərinə görə yaşıl texnologiyaları maliyyələşdirmədən imtina etdilər. Bu sahələrdə dövlətin nəzarəti zəifdir və gəlir qısa zamanda əldə olunmur. Onlar yatırımı informasiya paradiqması və biotexnologiya sahəsinə etməyə başladılar. Təmiz enerji-bu tamam başqa oyun qaydasıdır və investorlar bundan əl çəkməyə başlayıblar.
Beləliklə, iqlim dəyişmələrinə dövlətlərin yanaşması fərqlidir. İnkişaf etmiş ölkələr inandırmağa çalışırlar ki, Yaşıl dünya naminə özəl sektor elmi ideyalar və məhsullara görə maliyyəni əsaslı şəkildə artırmalıdır. Ancaq Bill Geytsin yazdığına görə özəl maliyyələşmə 2015-ci ildən sonra dayandı. Sual olunur? 2015-ci ildə COP hansı ölkədə keçirilmişdi? 2015-ci ildə Parisdə keçirilən COP21-də innovasiyalar və yeni investiya məsələləri geniş müzakirəyə çıxarıldı. 20 dövlətin başçısı prosesə qoşulu və tədqiqatlara ayrılan vəsaitin 2 dəfə artırılması barədə qərarla razılaşdılar. Fransa prezidenti Oland, ABŞ prezidenti Barak Obama və Hindistanın baş naziri Narendra Modi əsas təşkilatçılıq məslələrini üzərlərinə götürdülər. Modi bu təşəbbüsün adını “İnovasiya missiyası” qoydu. Bu missiyaya 24 ölkə, eyni zanmanda Avropa İttifaqının Komissyası da qoşuldu. Bir il müddətində 4.6 milyard dollar vəsait toplandı. Məşhur deyim yada düşür: “Sən saydığını say gör fələk nə sayır”. 2020-ci ildə Bəşəriyyət koronavirus faciəsi ilə üzləşdi. Və bu virusun dağıdıcı funkisaysını hamımız bilirik. Dünya buna hazır deyildi. İqtisadi aktivlik kəskin şəkildə aşağı düşdü və mexaniki olaraq atmosferə nisbətən az parnik qazları konsentrasiya olundu. Göstərici təxminən 5 faiz oldu. Əslində bu kiçik rəqəm deyil. Ancaq bu 5 faiz nəyin hesabına başa gəldi: Milyonlarla insanın virusdan ölməsi və 10 milyonlarla insanın işsiz qalmasının hesabına. Hindistan və Fransa “İnnovasiya missiyası” layihəsinə də hörmətsizlik etdi.
Ölkəmizdə keçirilən möhtəşəm COP29 konfransında iştirak etməyən bəzi dövlətləri əslində əvvəlki konfranslarda qəbul olunmuş qərarların icra vəziyyəti maraqlandırmadı. Görsənir ki, düşdükləri ekzistensional durum özləri üçün də acınacaqlıdır. Yürütdükləri məkrili siyasət onlara “yaşıl dünya”nı boz şəkildə görməyə məcbur edir. Və bu əsəbi dövlətlər postkoronavirus dövründə də tolerantlıq nümayiş etdirməlidilər.
Etibar ƏLİYEV