- Yazarlar
- 16:17
- 930
Kantın sonuncu sualı

Facebook - yenilik imkanıdır!
Facebook hər bir xalqın intellektual potensialını üzə çıxarmaq imkanıdır;
Hər gün nəyisə öyrənmək ümidi ilə bu qapını açırıq;
Qapını tez örtmək istəmirik, içəri keçəndə adamı fikir küləyi vurmalıdır;
Çox vaxt qapını elə çırpırıq ki, səsi Zukerberqin qulağına gedib çatır;
Böyük Kant “Təmiz təfəkkürün tənqidi” əsərində bir neçə suala cavab axtarır.
Mən nəyi bilməliyəm?
Mən nə etməliyəm?
Mən nəyə ümidli olmalıyam?
İnsan nədir?
Bildiklərimizi ifadə etməyi bacarmalıyıq.
Nə etdiyimizi bilməliyik. Facebook ümidlərimizi doğruldurmu?
İnsanlar bu məkanda bir-birilərini görürlər.
Facebook-insan mənəviyyatının rentgenidir.
Fikir dostu olmaq lazımdır.
Narsistlərlə “dost” olmaq çox çətindir. Adamın hüceyrələri kütləvi şəkildə məhv olur;
Kantın sonuncu sualı əbədi sualdır və zamandan asılı olmayaraq bizi düşündürməlidir…
Etibar ƏLİYEV