Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Oğuzda və Şəkidə “Azərbaycanda Gənclər Siyasəti: Mərhələlər, Nailiyyətlər və Perspektivlər” adlı seminar keçirilib. Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Oğuzda və Şəkidə “Azərbaycanda Gənclər Siyasəti: Mərhələlər, Nailiyyətlər və Perspektivlər” adlı seminar keçirilib.

Azərbaycanın gənclər siyasətində əldə etdiyi uğurlardan danışılıb

Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Oğuzda və Şəkidə “Azərbaycanda Gənclər Siyasəti: Mərhələlər, Nailiyyətlər və Perspektivlər” adlı seminar keçirilib.


Seminarda müxtəlif ölkələrdən türk dünyasının nümayəndələri və yerli qeyri-hökumət təşkilatlarının üzvləri iştirak edib. 20 nəfər xarici qonaq və rayonun otuz nəfər fəal gənci də seminara qatılıb.

Seminar zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, həmçinin Oğuz və Şəki gənclər və idman idarələrinin rəhbərləri məruzəçi qizmində çıxış ediblər.

Seminarın əsas məqsədi ölkəmizin gənclər siyasətində əldə etdikləri uğurlar və nailiyyətlər haqqında xarici qonaqları məlumatlandırmaq, Türk Dünyasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan təcrübəsindən faydalanmağı təmin etməkdi.

Seminarın keçirildiyi tarixdə TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyinə dair xəbərlərin yayılması qonaqlar tərəfindən məmnuniyyət hissi ilə qarşılanıb.